İQTİSADİYYAT
Astaraçay üzərində tikiləcək körpü gələn il istifadəyə veriləcək
Tehran, 2 mart, AZƏRTAC
Astaraçay üzərində tikilməsi planlaşdırılan körpü gələn il istismara buraxılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Agentliyinin baş direktoru Xeyrullah Xademi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu körpü İranın tranzit imkanlarını artırmaqla yanaşı, Azərbaycan Respublikası ilə ticarət əlaqələrinin də artmasına böyük təkan verəcək. Bu səbəbdən də körpünün inşasının bir il ərzində tikilib istifadəyə verilməsi planlaşdırılıb.
X.Xademi bildirib ki, ötən ilin dekabrında Azərbaycanın Astara şəhərində tərəflər arasında yeni körpünün tikilməsi barədə razılıq əldə olunub. Razılaşmaya əsasən körpü 97 metr uzunluğunda, 32 metr enində və 4 zolaqlı olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran