ELM VƏ TƏHSİL
Astaralı gənc respublika Olimpiadasının gümüş medalını qazanmışdır
Astara, 27 iyun (AZƏRTAC). İyunun 23-dən 25-dək Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən “İstedadların hazırlığı labaratoriyası” layihəsi üzrə respublika Olimpiadasının yekun turunda Astara şəhər 3 nömrəli tam orta məktəbinin X sinif şagirdi Aytac Məmmədova uğurla çıxış edərək ikinci yerə layiq görülmüşdür.
AZƏRTAC xəbər verir ki, Aytac Məmmədova diplom, gümüş medal və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gəncləri üzə çıxarmaqdır.