Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Atam şəhid atası olacaq” deyəndən 15 dəqiqə sonra şəhid olub... – XİYABANDAN REPORTAJ

“Atam şəhid atası olacaq” deyəndən 15 dəqiqə sonra şəhid olub... – XİYABANDAN REPORTAJ

Bakı, 8 noyabr, AZƏRTAC

Üç il əvvəl bu gün... Milyonlarla azərbaycanlı mavi ekranların qarşısına kilidlənərək Ali Baş Komandanın xalqa müraciətini səbirsizliklə gözləyirdi. Hər kəsin ürəyində bir həyəcan, növbəti qələbənin həsrəti var idi. Xalqımız Şuşanın əsarətdən qurtuluş xəbərini gözləyirdi.

Şəhidlər xiyabanından xalqa səslənən Prezident İlham Əliyev “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” deməsi ilə dünya azərbaycanlılarını ayaq üstə qaldırdı. Küçələrə axışan insanlar ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlara öz ehtiramlarını bildirdi, bir-birinə sarılaraq gözaydınlığı verdilər. Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçməsindən sonra düşmən ağ bayraq qaldırmağa, kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Bu gün dünya azərbaycanlıları Şuşanın azad olunmasını, tarixi Zəfərin üçüncü ildönümünü qeyd edir. Azərbaycan xalqı bu yolda 2900-dan çox övladını qurban verdi. Bu günü xalqımız Qələbənin sevinci və qəhrəman oğulların dünya hərb tarixinə düşən şücaəti ilə öyünərək bayram edir.

AZƏRTAC xəbər verir ki, xalqımız möhtəşəm Zəfər Gününün üçüncü ildönümünü haqq savaşımızın fədailərini anaraq qeyd edib. Uşaqdan böyüyə hər kəs Birinci və İkinci Şəhidlər, habelə İkinci Fəxri xiyabana axışaraq suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirib, onlara bir daha minnətdarlığını ifadə edib.

Budəfəki Zəfər Günü isə bir başqadır. Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi və 24 saat tamam olmadan yekunlaşdırdığı lokal antiterror tədbirləri nəticəsində dünya möhtəşəm Zəfərin sədasını bu dəfə Xankəndidən, Xocalıdan, Ağdərədən, Xocavənddən aldı. Tarixi Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə ucaldılan üçrəngli Bayrağımız Zəfərin təntənəsini bir az da yüksəltdi. Azərbaycan xalqı növbəti dəfə hər kəsə öz torpağından bir qarışını belə düşmənə güzəştə getmədiyini və heç zaman da getməyəcəyini nümayiş etdirdi.

Lələtəpədən Xankəndiyə 7 ilə qət edilən Zəfər yolu
İkinci Fəxri xiyabanda uyuyan general-mayor Polad Həşimov başda olmaqla hərbi qulluqçuların çoxunun müəllimi olmuşam

İkinci Fəxri xiyabanı ziyarət edən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Firdovsi Xəlilov bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirdi. O qeyd edib ki, Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib:

“Hazırda Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub. Bununla yanaşı, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində də tədbirlər görüldü. Bunun üçün müxtəlif vaxtlarda təlimlər keçirildi, burada xüsusilə də qardaş Türkiyənin Silahlı Qüvvələri ilə keçirilən təlimləri qeyd etmək yerinə düşər. Görülən işlər öz bəhrəsini zaman-zaman verməyə başladı. 2016-cı ildə Aprel döyüşləri, 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ildə lokal antiterror tədbirləri zamanı əldə edilən qələbələr ordumuzun gücünü bütün dünyaya göstərdi. Lələtəpədən başlayan Zəfər yolu Xankəndidə yekunlaşdı. Zəfərin əldə edilməsində ordunun təchizat və təminatının, hərbi qulluqçuların peşəkarlığının yüksək olması ilə yanaşı, əsgər və zabitlərin Vətənə məhəbbəti də mühüm rol oynadı. Qəlbi Vətən eşqi ilə döyünən 18 yaşlı gənc əsgərlər belə yaddaşlardan silinməyəcək qəhrəmanlıq nümunələri göstərdilər. Bizim ən böyük üstünlüklərimizdən biri öz torpağımızda döyüşməyimiz idi. Hər bir döyüşçü yorğunluq, yuxusuzluq, aclıq, susuzluq demədən doğma Vətən torpağından güc alaraq irəli atıldı, Döyüş meydanları ən səmimi dostluqlara şahidlik etdi. Ölkənin dörd bir yanından gələn gəncləri savaş meydanları doğmalaşdırdı, dostluq, qardaşlıq münasibətləri quruldu. Onlar bir-birlərini qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər. Ən əsası Ordu öz kürəyini xalq söykədi. Xalq-ordu-iqtidar birliyindən yaranan “Dəmir yumruq” üçrəngli bayrağımızı bütün azad edilmiş torpaqlarda dalğalandırmağa nail oldu. Bu gün məhz o tarixi Zəfərin üçüncü ilini qeyd edirik. Hər birimiz ərazi bütövlüyümüz yolunda canını qurban verən qəhrəmanlara borcluyuq. Onların uyuduğu məkanlara gəlib ruhlarına dualar oxuyur, xatirəsini yad edirik. Bu gün hərbi paradın məhz Xankəndidə keçirilməsi bizim üçün böyük qürurdur. Əbədi and yerlərimizə axın edən hər kəs şəhidlərimizi məhz bu xəbərlə də müjdələyir. Onu da qeyd edim ki, bu müqəddəs məkanda uyuyan general-mayor Polad Həşimov başda olmaqla hərbi qulluqçuların çoxunun müəllimi olmuşam. Öz qəhrəman tələbələrimlə fəxr edirəm”.

 

“Ata, hərbi paltarda gələcəyəm, üzərimdə də üçrəngli Bayrağımız olacaq”

İkinci Fəxri xiyabanda özünə əbədi məkan seçənlərdən biri də Vətən müharibəsi şəhidi Rəşad Zeynallıdır. 2020-ci il oktyabrın 8-də Cəbrayıl-Qubadlı istiqamətlərində aparılan hərbi əməliyyatlardan birində şəhadətə yüksələn Rəşad cəmi 15 dəqiqə əvvəl “Atam deyəsən şəhid atası olacaq” deyib.

AZƏRTAC-ın müxbiri şəhidin atası Qiyas Zeynalovla həmsöhbət olub. Övladından qürurla danışan şəhid atası “bir oğlumu üç yaşında, bir oğlumu da üç il əvvəl müharibədə itirdim. İki qızım qalıb. Əsas odur bu gün ərazi bütövlüyümüz tam bərpa olunub. Vətən sağ olsun!” deyib.

Q.Zeynalov söhbətinə belə davam edib: “Rəşad Azərbaycan Texniki Universitetində cihazqayırma üzrə təhsil almışdı. Həmin ixtisas üzrə magistratura pilləsinə qəbul olunsa da, təhsilini dayandırıb həqiqi hərbi xidmətə yollandı. Deyirdi təhsilimi geri dönəndə davam etdirəcəyəm, əvvəlcə Vətənə borcumu ödəməliyəm. Ağcabədi rayonunda “N” saylı hərbi hissədə Quru Qoşunlarında xidmət edirdi. Onun həqiqi hərbi xidməti bitirməsinə günlər qalmış müharibə başladı. Ordudan könüllü olaraq döyüşlərə qoşuldu. Rəşadı sonuncu dəfə sentyabrın 13-də görmüşdük. Tərxis olunmasına az qalmışdı deyə geyinib evə gəlməsi üçün mülki geyim apardıq. Müharibə dövründə sonuncu dəfə oktyabrın 7-də danışdıq. Ona dedim ki, “sənə mülki geyim gətirmişik, amma hərbi geyimdə geri dönməni istəyirik”. Dedi “hərbi paltarda gələcəyəm, üzərimdə də üçrəngli bayrağımız olacaq”. Şəhid olaraq geri dönəcəyini hiss edirmiş... Bir gün sonra da şəhid oldu...

Şəhid olmazdan əvvəl döyüş yoldaşları ilə danışan zaman deyib ki, qazi olmaq istəmirəm, şəhid olmaqdan da qorxmuram. Cəmi 15 dəqiqə sonra yaxınlıqlarına minaatan mərmisi düşməsi nəticəsində Rəşad şəhadətə yüksəlib. O dəqiqələrdə “atam deyəsən ikinci oğlunu da itirir, atam şəhid atası olacaq” deyib. Birinci oğlum üç yaşında dünyasını dəyişib. Rəşad da şəhid oldu.

Rəşad evin tək oğlu idi, onun yoxluğu çətin olsa da, həmişə başımız ucadır. Çox şükür ki, bu il antiterror tədbirləri ilə Zəfərimiz tamamlandı. Xankəndidə keçirilən paradla isə qürur duyduq. Fəxr edirik ki, övladlarımızın da Qələbədə payı var. Ordumuzla, qazilərimizlə, şəhidlərimizlə fəxr edirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib