ATATÜRK HAVA LİMANINDA QARŞILANMA
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün İstanbula gəlmişdir.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının asıldığı hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Atatürk hava limanında dövlətimizin başçısını İstanbul valisi Muammər Gülər, Böyük şəhər bələdiyyəsinin başçısı Kadir Topbaş, digər rəsmi şəxslər hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev hava limanından Çırağan sarayında onun üçün ayrılmış iqamətgaha yola düşdü.