ATİB NÜMAYƏNDƏ HEYƏTİ ANKARADA OLMUŞDUR
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qurumun idarə heyətinin sədri Əhməd Erentok, sədrin müavini Camal Yanğın və idarə heyətinin üzvü İhsan Fatoğlu Ankara şəhərində işgüzar səfərdə olmuşlar.
Nümayəndə heyəti səfər zamanı Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl, Prezident Aparatı Katibliyinin rəhbəri Hüseyn Avni Qarslıoğlu, Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti Faruk Loğoğlu və bu qurumun tərkibində olan Erməni Araşdırmaları İnstitutunun rəhbəri Ömər Engin Lütem ilə görüşlər keçirmişdir.
Tədbirlərdə ATİB-in fəaliyyəti, həyata keçirdiyi və nəzərdə tutulan layihələr, qurumun təsisçisi olduğu Azərbaycan-Türkiyə Tarix Araşdırmaları Fondunun (ATAF) işi müzakirə olunmuşdur. ATAF Azərbaycan və Türkiyə tarixində erməni məsələsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə yaradılmışdır.
Səfər çərçivəsində nümayəndə heyəti Bilkənt Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə təşkil edilmiş mərasimdə də iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]