İDMAN
Atıcılıq yarışlarının ikinci gününün qalibləri serbiyalı və rusiyalı atletlər olublar
![](/files/galleryphoto/2015/2/1200x630/1434558176482401633_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581763581759642_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581763122226753_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434558176734621288_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581763018432031_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581761856643851_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581764768652599_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581761979011405_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581764300534158_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581763002342625_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581762220522674_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581762267357169_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581762965856985_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581764168332847_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581761541946520_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434558176324884168_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143455817635653514_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581765858633847_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434558176371653140_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581761414114896_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581762486143332_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581765384761355_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581762914431404_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345581764744355964_1200x630.jpg)
Bakı, 17 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyunun 17-də Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının ikinci günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə kişilər və qadınlar arasında 10 metr məsafədən hava tapançası ilə atəşaçma, həmçinin kişilər arasında səngər stendi yarışları keçirilib.
Qadınlar arasında 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışında ölkəmizi İradə Aşumova və Nərminə Səmədova təmsil ediblər. Hər iki idmançı təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Azərbaycan idmançıları Rəsul Məmmədov və Ruslan Lunev də kişilər arasında 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışının təsnifat mərhələsində mübarizəni dayandırmalı olublar.
İdmançılarımızdan Elvin İsmayılov və Əlimirzə Quliyev isə kişilər arasında səngər stendi yarışının ikinci təsnifat günündə uğursuz nəticə göstəriblər.
Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışının qalibi serbiyalı Zorana Arunoviç olub.
Səkkiz ölkədən idmançıların mübarizə apardıqları final mərhələsində Z.Arunoviç 199.5 xal qazanaraq qızıl medala sahib olub. Beləliklə o, "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Yarışda gümüş medalı ispaniyalı Sonia Franquet, bürünc mükafata isə belaruslu Viktoriya Çayka layiq görülüb.
Xatırladaq ki, Z.Arunoviç 2012-ci il London Olimpiadasında 4-cü və 7-ci yerləri tutub. O, 2010-cu ildə keçirilən dünya çempionatında isə birinci yerə layiq görülüb.
Kişilər arasında səngər stendi yarışının qızıl medalını Rusiya idmançısı Aleksey Alipov qazanıb. O, qızıl medal uğrunda slovakiyalı Erik Varqa ilə mübarizə aparıb. Rəqibindən daha üstün olan A.Alipov mümkün 15 atışın hamısını düzgün yerinə yetirərək birinciliyi təmin edib. 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiadalarının çempionu olan rusiyalı atlet gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Gümüş medalı slovakiyalı Erik Varqa, bürünc medalı isə italiyalı Covanni Pellielo qazanıblar.
Kişilər arasında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışının finalında qızıl medal uğrunda Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Slovakiya, Serbiya və Türkiyədən 8 idmançı mübarizə aparıb. Bu yarışın qalibi isə Serbiya idmançısı Mikeç Damir olub. M.Damir qızıl medal uğrunda mübarizədə rəqiblərindən üstün oyun nümayiş etdirərək 201.8 xal qazanaraq birinciliyi təmin edib. Beləliklə o, “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib. İkinci yerə portuqaliyalı Kosta Joao, üçüncü yerə isə slovakiyalı Juraj Tuzunski çıxıblar.
Sonra qaliblər mükafatlandırılıb.
Qaliblərə mükafatları Malta Olimpiya Komitəsinin baş katibi Yozef Kassar, Beynəlxalq İdman Atıcılığı Federasiyasının idarə heyətinin üzvü Kevin Kilti və Niderland Olimpiya Komitəsi-Niderland İdman Konfederasiyasının prezidenti Andre Bolhuis təqdim ediblər.