“Avro-2020”: Belçika millisinin geniş heyəti açıqlanıb
Bakı, 18 may, AZƏRTAC
Futbol üzrə Belçika millisinin Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Roberto Martines əsas siyahıya 26, ehtiyata isə 10 futbolçunun adını daxil edib.
Heyətdə qapıçılardan Tibo Kurtua (“Real Madrid”), Simon Minyole (“Brügge”), Matz Sels (“Bolonya”), müdafiəçilərdən Dedrik Boyata (“Herta”), Ceyson Denayer (“Lion”), Tomas Vermalen (“Vissel Kobe”, Yaponiya), Tobi Alderveyreld (“Tottenhem”), Yan Vertonqen (“Benfika”) yer alıblar. Yarımmüdafiəçilərdən Yannik Ferreyra Karrasko (“Atletiko Madrid”), Timoti Kastanya (“Lester Siti”), Naser Şadli (“Başakşəhər”), Aksel Vitsel, Torqan Azar, Toma Menyö (“Borussiya Dortmund”), Kevin De Brüyne (“Mançester Siti”), Leander Dendonker (“Vulverthemton”), Dennis Prat, Yuri Tilemans (“Lester Siti”), Xans Vanaken (“Brügge”), hücumçulardan Cerami Doku (“Renn”), Eden Hazard (“Real Madrid”), Dris Mertens (“Napoli”), Leandro Trossard (“Brayton”, İngiltərə, Mişi Batşuayi, Kristian Benteke (“Kristal Palas”) və Romeru Lukakunun (“İnter”) adları siyahıya daxil edilib.
Baş məşqçi ehtiyat oyunçulardan Tomas Kaminski (“Bləkbörn”), Aleksis Salemakers (“Milan”), Sambi Lokanqa, Yari Versxaren (“Anderlext”), Brayan Xeynen (“Qenk”), Tomas Foket (“Reyms”), Adnan Yanuzay (“Real Sosyedad”), Breydon Mexele, Şarli de Ketelare (“Brügge”), Cordan Lukaku (“Antverpen”), Zinyö Vanxeusdenə (“Standart”) dəvət göndərib.
Qeyd edək ki, “Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Belçika millisi Rusiya, Danimarka və Finlandiya seçmələri ilə birlikdə B qrupunda mübarizə aparacaq. Belçikalıların ilk oyunu Rusiya seçməsinə qarşı olacaq.
Xatırladaq ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.