Avropa İttifaqı büdcəsində qalan vəsaiti pandemiya ilə mübarizəyə ayıracaq
Bakı, 14 aprel, AZƏRTAC
Avropa İttifaqı 2020-ci il büdcəsində qalan pulların demək olar ki, hamısını pandemiya və onun nəticələri ilə mübarizəyə ayırmaq qərarına gəlib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
“Avropa İttifaqı büdcəsində qalan pulların demək olar ki, hamısını pandemiya ilə mübarizəyə ayıracaq. Bu gün Şura COVID-19 böhranına reaksiya üçün vəsait ayırmaq məqsədilə Avropa İttifaqının 2020-ci il büdcəsini dəyişəcək iki təklifi yazılı şəkildə qəbul edib”, - deyə qurumun bəyanatında bildirilir.
Sənədə əsasən, dəyişikliklər nəzərə alınmaqla xərclərin həcmi 3,57 milyard avro artırılaraq 172,2 milyard avroya, büdcənin gəliri isə 1,6 milyard avro artırılaraq ümumilikdə 155,2 milyard avroya çatdırılıb. “Bu düzəlişlər sayəsində Avropa İttifaqı demək olar ki, cari ilin büdcəsində qalan pulun hamısını - 3,1 milyard avronu pandemiya ilə mübarizəyə ayırıb”, - deyə Şura qeyd edib.
Büdcədə qalan təxminən 450 milyon dollar isə miqrasiya böhranını aradan qaldırmaq üçün Yunanıstana və zəlzələdən sonra bərpa işləri üçün Albaniyaya göstəriləcək yardıma sərf olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]