Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Parlamenti - qlobal lobbilərin təsiri altında olan bir orqan

Avropa Parlamenti - qlobal lobbilərin təsiri altında olan bir orqan

Bakı, 14 mart, AZƏRTAC

Avropa Parlamenti (AP), ümumiyyətlə, qlobal lobbilərin təsiri altında olan bir orqandır. Avropa İttifaqının icra orqanlarından fərqli olaraq onların Azərbaycana ənənəvi münasibəti bir qayda olaraq pis olub. Bu da onunla bağlıdır ki, Avropa Parlamentində həm də erməni lobbisi güclüdür. Eyni zamanda, Fransa Avropa Parlamentində əsas söz sahiblərindən biridir. Fransada olan deputatların təsir imkanları Avropa Parlamenti daxilində güclüdür. AP-də azlıqlarla bağlı başqa qruplar da var ki, onlar Azərbaycanı İstanbul Konvensiyasını qəbul etməməyə görə cəzalandırmaq istəyirlər. Orada bir neçə ayrı-ayrı lobbi qruplarının Azərbaycana münasibətdə maraqları üst-üstə düşür. Fransanın deputat qrupunun, erməni lobbisinin, eyni zamanda, digər qrupların təsiri altında olan deputatların maraqları fərqli olsa da eyni vaxtda Azərbaycana münasibətdə vahid cəbhədə çıxış edə bilirlər.

Qənaətimə görə son dövrlərdə bunun intensivləşməsində ən əsas iki səbəb var. Birincisi, Ermənistan beynəlxalq hüquq müstəvisində Azərbaycana dava açıb, həmişə Ermənistan Azərbaycana qarşı informasiya müharibəsi aparırdı. Amma bu, Vətən müharibəsindən sonra daha genişlənib. İkinci əsas səbəb isə Ermənistanın əvvəllər istifadə etmədiyi, yəni, dövlətlərarası mübahisənin beynəlxalq məhkəmələrə keçirilməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.

Onun sözlərinə görə, indi Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə şikayət verərək Azərbaycanı irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə konvensiyanı pozmaqda ittiham edib. Bununla bağlı işə mahiyyəti üzrə baxılana qədər məhkəmə üçün bir sıra “sübutlar” toplamalıdırlar. Bu “sübutlar” üçün ən yaxşı məkan isə Avropa Parlamentidir. AP-nin qətnamələrində göstərilən saxta faktlar var ki, guya Qarabağda yaşayan erməni əhali blokadadadır, humanitar fəlakət qarşısındadır və guya Azərbaycan bunu qəsdən irqçilik və nifrət zəminində edir.

“Azərbaycan Ermənistanın suveren ərazilərini işğal edib kimi saxta məlumatlar məhkəmədə onlar üçün təqdim edəcəkləri sənədlərin içərisində əsas rol alacaq. İndi davam etməkdə olan BMT-nin İnsan Hüquqları Şurasının əlli ikinci sessiyasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışları oldu. BMT-nin nizamlanma və müqavilə orqanlarından xeyli sənədlər toplaya biliblər, hansı ki, o sənədlərdə Azərbaycan əleyhinə saxta məlumatlar yer alıb və Azərbaycanı irqçiliklə ittiham edirlər. Beləliklə Ermənistan Azərbaycana qarşı total kampaniyada həm də AP-dən istifadə edir”, - deyə S.Məmmədov bildirib.

“Ermənistan nəyin bahasına olursa olsun, Beynəlxalq Ədalət Məhkəməsindən maraqlarına qismən də olsa uyğun qərar əldə etmək niyyətindədir. Onlar strateji baxımdan qarşılarına üç məqsəd qoyublar. Birincisi, Azərbaycanın erməni xalqına qarşı irqçi siyasət apardığını ümumi şəkildə də olsa göstərən hər hansı bir qərarı əldə etməkdir. İkincisi, həmin qərarı icra etməməklə Azərbaycanı suçlandırmaq və məsələnin BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəsinə çatmaqla Azərbaycana sanksiya tətbiqinə nail olmaq. Nəhayət, üçüncüsü, Azərbaycanın işğalçı Ermənistanın siyasi, hüquqi və maddi məsuliyyəti ilə bağlı hazırladığı geniş təzminat iddiasını qabaqcadan neytrallaşdırmaq. Bunun üçün onlara “sübutlar” lazımdır. Onlardan biri də Vətən müharibəsindən dərhal sonra Hərbi Qənimətlər Parkı ilə bağlı başlanmış kampaniya idi. Burada qalib dövlət düşmən tərəfindən əldə etdiyi silahları, hərbi vasitələri nümayiş etdirir. Amma ermənilər bunun ətrafında kampaniya təşkil edərək Azərbaycanı irqçiliklə ittiham etdilər. Ermənistan Azərbaycan dərsliklərindən ibarət bir neçə dildə veb-səhifə yaradıb, Azərbaycanın dərsliklərində irqçi hesab etdikləri fikirləri çıxarıb müxtəlif dillərə tərcümə edərək yerləşdiriblər. Bütün bunlar Ermənistana strateji məqsədlərinə çatmaq üçün qarşılarına qoyduqları məqsədlərdən biridir. Onların niyyəti Azərbaycanı beynəlxalq hüquq müstəvisində məğlubiyyətə uğratmaq, bunun vasitəsilə Azərbaycana sanksiyalar tətbiq etmək və Azərbaycandan güzəştlər əldə etməkdir. Çünki onlar əmindirlər ki, Azərbaycana hərb meydanında qalib gəlməkdə onların şansı yoxdur”, - deyə Sahib Məmmədov diqqətə çatdırıb.

Ölkəmizə qarşı basqının səbəblərindən birinin də Azərbaycanın Qoşulmama Hərəkatındakı müstəsna rolu ilə bağlı olduğunu vurğulayan hüquq müdafiəçisi deyib: “Azərbaycan Qoşulmama Hərəkatına 4-cü ildir ki sədrlik edir. Bu dövrdə Qoşulmama Hərəkatı yeni bir fazaya daxil olaraq, görülməmiş nailiyyətlər əldə edib. Hərəkatın təşkilata çevrilməsi və institutlaşması istiqamətində mühüm addımlar atılıb. Hərəkat qlobal səviyyədə dövlətlərin alternativ forumu funksiyalarını uğurla həyata keçirir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Belə bir qüvvənin yaranması bir çox dövlətlərin, o cümlədən Fransanın maraqlarına ziddir”.

Sahib Məmmədovun sözlərinə görə, Fransanın təşəbbüsü və Avropa İttifaqının xarici işlər nazirlərinin qərarı ilə Ermənistan ərazisində “mülki missiya” yerləşdirilib. Missiya üzvlərinin yarısı silahlı jandarmlardır və onlar mülki missiya adlandırıla bilməz. Ermənistan tərəfinin məqsədi odur ki, ölkəmizə qarşı silahlı provokasiyalar törədəcək, Azərbaycan ona cavab verdikcə həmin müşahidə missiyası bunu qeydə alıb Brüsselə göndərəcək. Avropa İttifaqının sonda uzağa gedən planları odur ki, Azərbaycana qarşı hər hansı sanksiyaya nail olacaq. Onların bu missiya vasitəsilə ikinci məqsədləri Rusiyanı regiondan, Ermənistandan sıxışdırıb çıxarmaq və Ermənistanı Avropa İttifaqının təsiri altına almaq planıdır. Erməniçilik hətta erməni dövləti olmayanda belə həmişə kimlərinsə əlində bir alət olub. İndi Avropa İttifaqı həm də erməni dövlətindən Rusiyaya qarşı istifadə etmək istəyir. Bu baxımdan həmin müşahidə missiyası da Avropa İttifaqının Fransanın təşəbbüsü ilə yaratdığı bir təsisatdır və bundan əvvəl onlar bunu Gürcüstanda yaratmışdılar, amma onu yaradarkən həm də Rusiyanın iştirakı və razılığı var idi. Missiya Gürcüstana “Sarkozi planı”na uyğun yerləşdirilmişdi. Amma burada tam legitimdir, heç bir beynəlxalq mandatı yoxdur, Azərbaycan və Rusiya tərəfindən də tanınmır.

“Ermənistanın dövlət olaraq Azərbaycanın ərazilərini işğal etməsinə, ərazilərimizi otuz il işğal altında saxlamasına və orada baş verən qanunsuz fəaliyyətə görə həm hüquqi, həm siyasi, həm də maddi məsuliyyəti var. Eyni zamanda, Ermənistanın siyasi rəhbərliyinin, hərbi rəhbərliyinin, hərbçilərinin, bir çox hallarda mülki əhalisinin Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri, o cümlədən soyqırımı və insanlıq əleyhinə cinayətləri var. Bunlarla bağlı təəssüf ki, beynəlxalq institutlar bir qayda olaraq susurlar. Heç olmasa Avropa İttifaqı Beynəlxalq Qırmızı Xaç Komitəsinin veb-səhifəsinə baxsa orada görər ki, 4500-ə yaxın azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, ahıllar, eyni zamanda, hərbçilər girov götürülüb və onların sonrakı taleyi barədə Ermənistan Azərbaycana məlumat vermir. Amma bununla bağlı “hüquq müdafiə edən” beynəlxalq təşkilatlar da, Avropa Parlamenti tipli təşkilatlar da susmaqda davam edir.

Həm Avropa İttifaqının, həm erməni lobbisinin, Fransanın, erməniçiliyin təsiri altında olan və ya azlıqlarla bağlı başqa maraqları olan bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı hücumları daha da intensivləşəcək. Biz buna hazır olmalıyıq. Azərbaycan qlobal informasiya məkanında səylərini artırmalıdır. Eyni zamanda, müstəqil siyasi xəttimizi davam etdirməliyik və davam etdirəcəyik. Biz bütün çağırışlara hazır olmalıyıq”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO