Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Parlamentində Azərbaycandakı mövcud tolerantlıq mühiti yüksək qiymətləndirilmişdir

Avropa Parlamentində Azərbaycandakı mövcud tolerantlıq mühiti yüksək qiymətləndirilmişdir

Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında “Sərhədsiz İnsan Hüquqları” beynəlxalq təşkilatı tərəfindən hazırlanmış “Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru” adlı hesabat təqdim edilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, Avropa Parlamentinin vitse-prezidenti Surjan Laszlonun tədbir iştirakçılarına müraciətində hesabatın Azərbaycandakı dini tolerantlıq mühiti barədə dərin təəssürat yaratdığı qeyd edilmişdir. S.Laszlo dini azlıqlarla müsəlman çoxluğun dinc yanaşı yaşaması və əməkdaşlığı istiqamətində böyük uğurlara nail olmuş Azərbaycanı təbrik etmişdir.

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvü Corc Şöpflin Azərbaycanda dini azlıqların qarşılıqlı hörmət əsasında dinc yanaşı yaşadığını və bunun yüksək dəyər olduğunu vurğulamışdır.

Sonra “Sərhədsiz İnsan Hüquqları” təşkilatının sədri Villi Futre rəhbərlik etdiyi qurumun hazırladığı hesabatı təqdim etmişdir. O bildirmişdir ki, hesabat son altı ay ərzində təşkilatın üzvlərinin Azərbaycana səfərləri zamanı apardıqları sahə tədqiqatları əsasında hazırlanmışdır. Hesabatda deyilir ki, ki, Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir.

Hesabatın nəticələrinə əsasən Avropa İttifaqına Azərbaycan ilə strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini münaqişələrdən əziyyət çəkən dövlətlər, həmçinin digər müsəlman ölkələr ilə paylaşmasına yardım etmək tövsiyə edilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tədqiqatın Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərini əks etdirən və Avropa təşkilatları tərəfindən hazırlanmış ilk sənəd olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O bildirmişdir ki bu hesabatın “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti ərəfəsində və məhz Avropa Parlamentinin mənzil-qərargahında təqdim edilməsi əlamətdardır. Bu sənəd ölkəmiz barədə Avropa Parlamentində səslənmiş və reallığa söykənməyən bəzi qərəzli hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir.

Komitə sədri Azərbaycandakı nadir dini tolerantlıq modelinin Avropada da islamofobiya ilə mübarizə və multikulturalizmin inkişafı üçün nümunə ola biləcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycanda fəaliyyət göstərən pravoslav, yəhudi, protestant və Alban-Udi dini icmalarının nümayəndələri ölkəmizdəki dini tolerantlıq mühiti barədə tədbir iştirakçılarına məlumat vermişlər.

Sonda məruzəçilər tədbir iştirakçılarının və media nümayəndələrinin suallarını cavablandırmışlar.

Həmin gün Avropa Parlamentində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan - tolerantlıq məkanı” adlı sərgi açılmışdır.

Avropa Xalq Partiyasının deputatı İnes Vaiderenin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilmiş sərgidə məşhur fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri nümayiş etdirilir.

Açılış mərasimində İnes Vaidere bu sərginin Azərbaycandakı tolerantlıq mühitinin Avropada təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O bildirmişdir ki, Azərbaycanın tolerantlıq modeli ilə yaxından tanışlıq bu modelin dünyanın digər ölkələrində tətbiqinin mümkünlüyünün qiymətləndirilməsi baxımından mühümdür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirmişdir ki, Azərbaycan xalqının milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələri çoxəsrlik tariximizdən qaynaqlanır və bu ənənələr Azərbaycan dövləti tərəfindən qorunur və təşviq edilir.

Prezident İlham Əliyevin “multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir” sözlərini xatırladan komitə sədri qeyd etmişdir ki, bu sərgidə nümayiş etdirilən tolerantlıq nümunələri bir tərəfdən bizim Avropa ilə ortaq dəyərlərimizin rəmzidirsə, digər tərəfdən Avropanın da Azərbaycanın verəcəyi töhfələrə ehtiyac duyduğunun göstəricisidir.

Azərbaycanın Belçikadakı səfiri Fuad İskəndərov ölkəmizin tolerantlıq modelinin bir çox dövlətlər üçün örnək ola biləcəyini və onun dünyada təbliğ edilməsinin vacibliyini qeyd etmişdir.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqati müasir dünyamızda mədəniyyətlərarası və dinlərarası tolerantlığın sülh və birgəyaşayışın mühüm şərti olduğunu demiş və bu sahədə Heydər Əliyev Fondunun təşəbbüslərini yüksək qiymətləndirmişdir.

Bir həftə davam edəcək sərgi iştirakçıların geniş marağına səbəb olmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb