Avropa Şurasının yeni baş katibi seçilib
Bakı, 27 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iştirakçıları Xorvatiya Baş Nazirinin müavini, Xarici İşlər naziri Mariya Peyçinoviç-Buriçi Avropa Şurasının baş katibi seçiblər.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bunu AŞPA-nın sədri Lilian Mori Paskye bəyan edib. Onun sözlərinə görə, səsvermədə iştirak edən 274 parlamentaridən 159-u xorvatiyalı namizədi dəstəkləyib. Onun rəqibi Didye Reynders isə 105 səs toplayıb. Yeni baş katibin səlahiyyət müddəti 5 ildir.
Mariya Peyçinoviç-Buriç parlament üzvlərinə müraciətində deyib: “AŞPA ilə Avropa İttifaqının Nazirlər Komitəsi, habelə üzv dövlətlər arasında dialoqu gücləndirmək vacibdir. Mən bu istiqamətdə fəaliyyət göstərəcəyəm. Ümidvaram ki, sizin dəstəyinizlə təşkilatımızı daha da gücləndirəcək və vətəndaşlarımız üçün sülhə və rifaha nail olacağıq”.
Yeni baş katibin mandatı cari ilin payızında başlayacaq. Hazırda bu vəzifəni Turbyörn Yaqland icra edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]