Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır
London, 8 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer texnologiya şirkətlərinə uşaqların açıq-saçıq görüntülər göndərməsi və qəbul etməsinin qarşısını almaq üçün üç ay vaxt verib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Baş nazirin qərarına əsasən, “Apple”, “Google” və digər texnologiya şirkətləri uşaqların cihazlar vasitəsilə intim məzmun paylaşmasının qarşısını alan yeni təhlükəsizlik nəzarət mexanizmləri tətbiq etməlidirlər. Əks halda hökumət bu dəyişiklikləri məcburi etmək üçün qanunvericiliyə əl atacaq.
Hökumət bildirib ki, şirkətlər üç ay ərzində tələb olunan tədbirləri həyata keçirməsələr, onları buna məcbur edən qanunvericilik təşəbbüsü irəli sürüləcək. Bu çərçivədə qaydalara əməl etməyən şirkətlərə qarşı cərimələr tətbiq oluna bilər. Rəsmi açıqlamada qeyd olunub ki, heç bir variant istisna edilmir və son çarə kimi tələbləri yerinə yetirməyən texnologiya şirkətlərinin rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması məsələsi də nəzərdən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]