İQTİSADİYYAT
AVROPA TƏNZİMLƏYİCİ QURUMLAR PLATFORMASININ İCLASI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də İstanbulda Avropa Tənzimləyici Qurumlar Platformasının (ATQP) 20-ci iclası işə başlamışdır.
Platformanın sədri Maykl O’Kifin dəvəti ilə iclasda ölkəmizi Milli Televiziya və Radio Şurasının iki əməkdaşı məşvərətçi səs hüququ ilə təmsil edir. Toplantıda teleradio məkanında reklam və onun tənzimlənməsi, irqi ayrı-seçkiliyə xidmət edən yayımlara nəzarət edilməsi, görmə və eşitmə qabiliyyətini itirmiş insanlara verilişləri dinləmə və izləmək imkanlarının yaradılması yolları, Avropada KİV-in bugünkü vəziyyəti, onun tənzimlənməsi mexanizmləri əsas müzakirə obyekti olacaqdır.
İclasda Azərbaycan Milli Televiziya və Radio Şurasının ATQP-yə üzvlük məsələsi də müzakirə ediləcəkdir. Hazırda ona Avropanın 38 ölkəsinin 48 tənzimləyici qurumu daxildir.