Avropada 40 dərəcədən yuxarı istilər gözlənilir
Bakı, 27 iyun, AZƏRTAC
Almaniya, Polşa və Çexiyada iyun ayının temperatur rekordu qeydə alınıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, yaxın günlərdə Avropanın əksər hissəsində havanın hərarətinin yüksələcəyi gözlənilir. Proqnozlara görə, iyunun 27-də bəzi ölkələrdə, o cümlədən Fransa və İsveçrədə hərarət 40 dərəcədən yuxarı olacaq. Meteoroloqların fikrincə, belə istilərin səbəbi Afrikadan gələn isti küləklərdir.
Fransanın hakimiyyət orqanları ölkə əhalisinin həyatı üçün risklər barədə ciddi xəbərdarlıq elan edib.
Havanın çirklənməsinin qarşısını almaq məqsədilə Paris və Lion da daxil olmaqla, bəzi şəhərlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Fransanın paytaxtında əlavə fontanlar quraşdırılıb. Ölkə ərazisində bəzi məktəblər imtahanların vaxtını dəyişib, bir neçə təhsil müəssisəsi isə bağlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]