Avstriyada "uçan taksi" uğurla sınaqdan keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Avstriyanın paytaxtı Vyanada "uçan taksi" uğurla sınaqdan keçirilib.
“EHang 216” adlandırılmış innovativ nəqliyyat vasitəsi Avstriya-Çin şirkəti “FACC” və Çinin “EHang” pilotsuz təyyarələr istehsalçısı tərəfindən birgə hazırlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sınaqlar zamanı "uçan taksi" Avstriyanın “Generali Arena” stadionu üzərində havaya qalxıb, sonra yerə enib. İstehsalçıların sözlərinə görə, nəqliyyat vasitəsi bütün sınaqlardan keçib və kütləvi istehsala hazırdır.
Görünüşcə sərnişinlər üçün kabinəyə malik böyük dronu xatırladan "uçan taksi"nin çəkisi 340 kiloqramdır. Saatda 150 kilometrədək sürət toplaya bilən nəqliyyat vasitəsi 2 sərnişini daşımaq imkanına malikdir.
Gözləntilərə görə, gələcəkdə belə taksilər sərnişinləri qısa məsafələrə daşıya, həmçinin sənaye və tibbi avadanlıqları çatdıra biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]