SİYASƏT
Ayxan Hacızadə: İranda Azərbaycan əleyhinə aparılan təxribatlar ölkəmizə qarşı bu kimi hücumlara rəvac verir
Bakı, 27 yanvar, AZƏRTAC
Son aylar ərzində İranda Azərbaycan əleyhinə aparılan təxribatlar, müvafiq media kampaniyaları ölkəmizə qarşı bu kimi hücumlara rəvac verir. Bu hücumların, təxribatların qarşısının alınması zəruridir.
Bunu ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə AZƏRTAC-a açıqlamasında deyib.
İran tərəfinin diplomatik nümayəndəliyimizin yerləşdiyi ölkə kimi səfirliyimizin təhlükəsizliyinə və mühafizəsinə birbaşa məsuliyyət daşıdığını söyləyən XİN sözçüsü, həmçinin bildirib ki, Azərbaycan hökuməti İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı müvafiq tədbirlərin görülməsini planlaşdırır.
Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində mühafizə xidmətinin rəisi həlak olub, iki nəfər yaralanıb.