Azərbaycan 35-ci Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
Bakı, 18 may, AZƏRTAC
Qətərin paytaxtı Dohada keçirilən 35-ci Doha Beynəlxalq Kitab Sərgisində ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təmsil olunur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın milli stendində tarix, mədəniyyət, ədəbiyyat və müasir inkişafımızı əks etdirən 200-ə yaxın nəşr nümayiş etdirilir.
Azərbaycan nümayəndə heyətinin tərkibində sərgiyə qatılan “Zərdabi Nəşr”, “İpəkyolu”, “Roller bird” nəşriyyatları və yazıçılar ərəb ölkələrinin nəşriyyat və kitab yayımı mərkəzləri ilə işgüzar görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edir.
Mayın 23-dək davam edəcək 35-ci Doha Beynəlxalq Kitab Sərgisində 40 ölkədən 500-ə yaxın nəşriyyat iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [10:30]
Türkiyəli müğənni Haluk Levent WUF13-də konsert proqramı ilə çıxış edib
- 18.05.2026 [10:07]
Milli Kitabxanada ənənəvi və virtual sərgi təşkil edilib
- 18.05.2026 [10:02]
18 May - Beynəlxalq Muzeylər Günüdür
- 18.05.2026 [09:19]
Dünya söz sənəti Olimpində Oljas zirvəsi
- 17.05.2026 [16:55]
Bülbülün Memorial Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub
- 17.05.2026 [13:05]