ELM VƏ TƏHSİL
Azərbaycan alimi ABŞ–da dərc olunan jurnalın xüsusi buraxılışının baş elmi redaktoru təyin olunmuşdur
Bakı, 14 noyabr (AZƏRTAC). AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, Ankara Universitetinin kafedra müdiri, professor İman Əsgərzadə ABŞ-da dərc olunan “Kondensiyalaşmış maddələr fizikasında irəliləyişlər” (“Advances in Condensed Matter Physics”) jurnalının “Fe-əsaslı super keçiricilərdə çoxxətli və anizotropiya effektləri” (“Multiband and Anisotropy Effects in Fe-Based Superconductors”) adlı xüsusi buraxılışının baş elmi redaktoru təyin olunmuşdur.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, xüsusi buraxılış 2008-ci ildə kəşf olunmuş yeni sinif Fe əsaslı ifratkeçiricilərin fiziki xassələrinin öyrənilməsinə həsr olunacaqdır.