AZƏRBAYCAN ALİMLƏRİ NÜVƏ ELMLƏRİNƏ DAİR III AVRASİYA KONFRANSINDA İŞTİRAK ETMİŞLƏR
Ölkəmizi bu beynəlxalq tədbirdə Azərbaycan Aerokosmik Agentliyinin baş direktoru, fizika-riyaziyyat elmləri dokturu Əflatun Həsənov, MEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov, institutun laboratoriya müdirləri Rəhim Mədətov və Teymur Ağayev təmsil etmişlər.
Konfransda nüvə problemlərinin idarə edilməsi və bu sahədə yeni elmi nailiyyətlər, radiasiya materialşünaslığı, nüvə elmlərinin tibbdə tətbiqi, iştirakçı ölkələrdə radioekoloji vəziyyət və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan nümayəndələri nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsi, radiasiya materialşünaslığı, atom-hidrogen energetikası və tibbi radiasiya sahələrində ölkəmizdə görülən işlər haqqında məlumat vermişlər.
Növbəti konfransın 2006-cı ildə Bakıda keçirilməsi qərara alınmışdır.