Azərbaycan boksçusu Albert Səlimov "Rio-2016"da ilk qələbəsini qazanıb
Bakı, 10 avqust, AZƏRTAC
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı boks yarışlarında 60 kiloqram çəki dərəcəsində təmsil edən Albert Səlimov ilk görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, irlandiyalı David Oliver Coys ilə qarşılaşan boksçumuz görüşünü qələbə ilə tamamlayıb və dörddəbir final mərhələsinə yüksəlib.