Azərbaycan boksçusu Avropa çempionatında mərhələ adlayıb
Bakı, 12 mart, AZƏRTAC
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında dördüncü günün döyüşləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, səkkizdəbir finalda Azərbaycan millisinin daha üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91) ilk döyüşünü qələbə ilə başa vurub. Həmyerlimiz gürcüstanlı Giorgi Tçikladzedən üstün olub - 5:0. M.Abdullayev martın 13-də dörddəbir finalda rusiyalı Vladislav Muravin ilə üz-üzə gələcək.
Komandamızın digər üzvü Əflatun Babayevin (56 kq) debütü uğurlu alınmayıb. Amin Kuşkov (75 kq) da dörddəbir finala gedən yolda büdrəyib.
Martın 12-də qadın boksçular arasında da səkkizdəbir final görüşləri başa çatacaq. Yığmamızın üzvlərindən Günel Rəhimova (48 kq) mərhələ adlamaq üçün rusiyalı Yekaterina Paltçeva ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [17:47]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 18.06.2026 [16:40]
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb
- 18.06.2026 [16:38]
DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar
- 18.06.2026 [16:13]
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək
- 18.06.2026 [16:10]