Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ VƏ RUMINİYA-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 12-də, Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, digər qurumların üzvləri ilə görüşmüşdür.

Görüşü giriş sözü ilə açan Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İOAN POP DE POPA dedi:

- Zati-aliləri hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Bizim Cəmiyyətimiz Rumıniya ilə Azərbaycan arasındakı dostluğun bütün sahələrdə - mədəni, iqtisadi, elmi sahələrdə inkişaf etməsi üçün böyük işlər görmüşdür. Cəmiyyətimiz parlament üzvləri, dövlət xadimləri, akademiklər, mədəniyyət xadimləri və yazıçılardan ibarətdir və onlar bu qurumda tutduqları yeri artıq öz işləri ilə sübut etmişlər.

İcazə verin, Cəmiyyətimizin əldə etdiyi nailiyyətlər haqqında məlumat üçün sözü professor Dimitru Balanuya verək.

Professor DİMİTRU BALANU Azərbaycan Prezidentinə müraciətlə dedi:

- Zati-aliləri hörmətli cənab Prezident!

İcazə verin, Sizi və Sizi müşayiət edən nümayəndə heyətinin üzvlərini Cəmiyyətimiz adından salamlayım. Azərbaycan və rumın xalqları arasında dostluq telləri öz kökləri ilə uzaq keçmişə gedib çıxır. Bu dostluğa dərin ehtiramımı ifadə edərək demək istəyirəm ki, Rumıniya Türkiyədən sonra Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ikinci dövlət olmuşdur. Sonralar daha da möhkəmlənmiş dostluq əlaqələri və beynəlxalq aləmdə iki ölkənin bir-birini dəstəkləməsi sübut etdi ki, bu fakt heç də təsadüfi deyildir.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti 2001-ci ildə yaradılmışdır. Təşkilatın məqsəd və vəzifələri ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi və dərinləşməsinə kömək etməkdən, hər iki ölkənin ictimaiyyətinin və gənclərinin ölkələrimizin tarixi, mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratmaqdan ibarətdir.

Cəmiyyətin idarə heyətinə Rumıniyanın görkəmli şəxsləri - siyasi partiyaların nümayəndələri, parlament fraksiyalarının başçıları, elm və mədəniyyət xadimləri, milli azlıqların təmsilçiləri, məşhur biznesmenlər daxildir.

Eyni zamanda, 2001-ci ildən Azərbaycan-Rumıniya Gənclər Təşkilatı fəaliyyət göstərir ki, onun tərkibinə iki ölkədən olan tələbələr, habelə dünyanın digər ölkələrindən olan gənclər daxildir. Hər iki təşkilatın idarə heyətinin üzvləri Rumıniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və gələcək inkişafına öz töhfələrini vermək əzmindədirlər. Bu prosesə hər iki ölkənin gəncləri cəlb olunur ki, bu da əlaqələrimizin gələcəyi üçün çox müsbət haldır.

2002-ci ildə Buxarestdə beynəlxalq festivalın keçirildiyi vaxt Cəmiyyətimizin təşəbbüsü ilə tədbirin bir günü Azərbaycana həsr olunmuşdu. Həmin tədbirdə Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnılardan ibarət musiqi diski buraxılmışdır. Səfirliyin yardımı ilə Cəmiyyətimiz “Azərbaycanın dirçəlişi və inkişafı” adlı kitab hazırlayıb nəşr etmişdir. Bu kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinə həsr olunmuşdur. Cəmiyyətin köməyi ilə Buxarest Universitetinin professorları türk folklorunun incisi sayılan “Dədə Qorqud” dastanını, habelə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin və Elçin Əfəndiyevin kitablarını rumın dilinə tərcümə etmişlər. Bundan başqa, yazıçı Anarın və Çingiz Abdullayevin də əsərləri rumın dilinə çevrilmişdir. Cəmiyyətin və səfirliyin təşəbbüsü və hər iki ölkənin ekspertlərinin köməyi ilə müqəddəs Quran da rumın dilində nəşr olunmuşdur.

Cəmiyyətin və gənclər təşkilatının Rumıniyanın, Azərbaycanın və Türkiyənin ayrı-ayrı nəşrləri, televiziya kanalları və jurnalist təşkilatları ilə sıx əlaqələri vardır. Xüsusilə təşkilatımız Azərbaycanda iqtisadi, sosial, mədəni sahələrdə baş verən böyük tərəqqi və inkişaf barədə kütləvi informasiya vasitələrinə düzgün və dolğun məlumatlar verir. Biz Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox qaçqın və köçkün haqqında ətraflı məlumat yaymışıq. Əlbəttə, bütün bunlar Azərbaycan səfirliyinin bizə göstərdiyi yardım olmadan mümkün olmazdı. Cənab səfir və onun əməkdaşları öz ölkələrini layiqincə təmsil etmək üçün əllərindən gələni edirlər.

Cənab Prezident, Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rumıniya Prezidenti İon İliyesku bizim ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı anlaşmanın möhkəm bünövrəsini qoymuşlar. Bu, bizim tarixi sərvətimizdir. Siz əmin ola bilərsiniz ki, Şərqi Avropanın mərkəzi olan Rumıniyada güclü diaspor vardır, Azərbaycanın buradakı dostları Sizin yürütdüyünüz düzgün siyasəti dəstəkləyirlər və həmişə dəstəkləyəcəklər.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyevə mükafatlar verilməsi mərasimi oldu.

Rumıniya İnsan Hüquqları Təşkilatının sədri FİORENTİN SKARETSKİ dövlətimizin başçısına təşkilatın mükafatını təqdim edərək dedi:

- Mən İnsan Hüquqları Təşkilatının sədriyəm və Azərbaycanda iki dəfə olmuşam. Dağlıq Qarabağ və işğal olunmuş digər yeddi rayondan didərgin düşmüş insanların vəziyyəti ilə tanış olmuşam və onların vəziyyətini dünya ictimaiyyətinə çatdırmışam. İkinci dəfə isə, Zati-aliləri Azərbaycanda prezident seçkilərində iştirak edərkən ATƏT-in nümayəndəsi kimi gəlmişəm. Mən Sizin cəmiyyətinizin inkişafının və tərəqqisinin şahidi olmuşam. Habelə şahidi olmuşam ki, Azərbaycan Prezidenti öz ölkəsində demokratiyanın bərqərar olunması və inkişafı yolunda böyük səylər göstərir. Qeyd edə bilərəm ki, Azərbaycanda cəmiyyət sürətlə inkişaf edir. Biz Azərbaycan xalqını dəstəkləyirik və yəqin ki, bu yaxınlarda edəcəyimiz səfər zamanı Azərbaycanda qaçqın-köçkünlərin vəziyyəti ilə tanış olacağıq. Bu qısa çıxışımı Azərbaycan səfirinə təşəkkürlə başa çatdırmaq istəyirəm. Arzu edirəm ki, əlaqələrimiz gələcəkdə də inkişaf etsin və yeni formalarla zənginləşsin. Bir daha təşəkkür edirəm və Rumıniyaya xoş gəlmisiniz.

Rumıniya-Türkiyə Ticarət və Sənaye Odasının başçısı TAMER ATALAY çıxış edərək dedi:

- Hörmətli Prezident, Ticarət və Sənaye Odasının üzvləri Sizi Rumıniyada görməkdən böyük sevinc hissi duyurlar. Rumıniyaya xoş gəlmisiniz və bizlərə şərəf verdiniz. Rumıniya həm Türkiyə, həm də Azərbaycan üçün çöx önəmli ölkədir. Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə Rumıniyadır. Balkanlarda həm Türkiyənin, həm də Azərbaycanın əsil dostu olan, ikitərəfli əlaqələrdə və beynəlxalq aləmdə ölkələrimizi dəstəkləyən bu ölkədə çoxlu türk iş adamları vardır. Balkanlarda 30 min türk və yüzlərlə azərbaycanlı iş adamı fəaliyyət göstərir. Siz təqribən 100 mindən çox türkün yaşadığı ölkədəsiniz. İnanıram ki, qardaş bir ölkədə olmaqdan xoşbəxtlik və rahatlıq duyursunuz. Rəhmətlik atanız, Azərbaycanın ümummilli lideri, türk dünyasının hörmət və sevgi bəslədiyi Heydər Əliyevin vəfatı ilə əlaqədar bu ölkədə bizlər də yas saxladıq, Quran oxutduq və mövlud verdik. Türk icması olaraq, biz də Sizin kədərinizi bölüşdük. Biz Sizin atanız Heydər Əliyevin və Sizin ideyalarınızı burada yaşadan, Azərbaycanı ən yüksək səviyyədə təmsil edən hörmətli səfir Eldar Həsənov kimi bir insanın və səfirliyin digər əməkdaşlarının türk icmaları arasında dostluğun və qardaşlığın təmin olunmasındakı fəaliyyətlərini xüsusi qeyd edirik.

Bizim təşkilatın idarə heyətinin üzvləri və sədri Azərbaycanda oldular və rəhmətlik atanızın məzarını ziyarət etdik. Biz Bəxtiyar Vahabzadə ilə və digər insanlarla da görüşdük. Şahidi olduq ki, Azərbaycanda yüksək inkişaf prosesləri gedir, insanların gözlərində xöşbəxtliyi ifadə edən işığı gördük. Biz Sizin atanızdan miras aldığınız bayrağı daha yüksəyə qaldırmaq əzmini gördük. Bunun üçün Sizi ürəkdən təbrik edir və özümüzü xoşbəxt hiss edirik. Çünki rəhmətlik atanızın dediyi kimi, bir millət iki dövlətik və bu gün Heydər Əliyevin büstünün açılışında türk toplumlarının başçıları da iştirak edəcəklər. Biz əvvəllər burada Atatürkün heykəlini ucaltmışdıq və bu gün Atatürklə Heydər Əliyev Avropa torpaqlarında - Rumıniyada görüşür və türk toplumlarına Avropaya inteqrasiya olunmaqla sülhü və dostluğu təmin etmək sahəsində nümunə olacaqlar və yenə öndərlik edəcəklər. Bir daha Sizə xoş gəldiniz deyirəm və icazənizlə, Odamızın rəhbərliyi adından Sizə xatirə hədiyyəsi - plaket təqdim etmək istəyirəm.

Hörmətli cənab Prezident, indi isə icazənizlə, Müqəddəs Quranın rumın dilinə tərcümə edilməsinə və türklük atamızı - “Dədə Qorqud”un rumın dilinə çevirilməsinə yardım edən hörmətli səfirə də bir plaket təqdim edərdim.

Sonra Türk İş Adamları Dərnəyinin başçısı İSMƏT İSMAYIL BAYANDIRA söz verildi. O dedi:

- Hörmətli cənab Prezident, Sizi Rumıniyada görməkdən xoşbəxtlik hissi duydum. Azərbaycan və Türkiyə xalqlarının dostluğu sərhəd tanımır. Biz Rumıniyada azəri qardaşlarımızla əl-ələ çalışırıq. “Bir millət, iki dövlət” sözlərini yaşadaraq, türk dünyamızın böyük lideri mərhum Prezidentimiz hörmətli Heydər Əliyevi hüzurunuzda ehtiramla anırıq. Hörmətli cənab Prezident, səfir Eldar Həsənov və səfirliyin işçiləri bizimlə sıx əməkdaşlıq edirlər. Biz Rumıniyadakı Azərbaycan səfirliyini öz evimiz kimi hiss edirik. Siz qısa müddət ərzində çox böyük işlər görmüsünüz. Zati-alilərinizin Rumıniyaya səfəri iki ölkənin əlaqələrinin inkişafı baxımından çox faydalı olacaqdır. Biz bu sahədə üzərimizə düşən hər bir vəzifəni yerinə yetirməyə hazırıq. Zati-alilərinizə ən dərin hörmətimizi bildirir və əmrlərinizi gözləyirik. İcazənizlə, mən də Sizə bir plaket təqdim etmək istəyirəm.

Rumıniyanın “Poy Polidoy” Mədəniyyət Fondunun sədri POL POLİDOR çıxış edərək dedi:

- Zati-aliləri hörmətli cənab Prezident İlham Əliyev! Bizim mədəniyyət fondu adından Sizi Rumıniyada salamlayıram. Birincisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rumıniya ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi misilsiz töhfəni qeyd etmək istəyirəm. Biz həm də bu əlaqələrin inkişafında Sizin böyük səylərinizi alqışlayırıq. Bununla əlaqədar Fondun idarə heyəti adından Sizə fəxri üzv diplomunu, Heydər Əliyevə həsr olunmuş kompakt disk və medalı təqdim etmək istəyirəm. Rumıniyaya xoş gəlmisiniz!

X X X

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib