AZƏRBAYCAN ƏDLİYYƏ NAZİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ STRASBURQDA OLMUŞLAR
İşçi qrupunun 7-ci iclasında məhkəmə sisteminin muasirləşdirilməsi üzrə ölkəmizdə görülən tədbirlər, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının, etik davranış kodeksinin, hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi prosedurunun layihələri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda, ölkəmizdə məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə prioritetlərə diqqət yetirilmişdir.
İşçi qrupunun 4-cü toplantısında isə Azərbaycanda hakimlər və prokurorların ilkin və davamlı təhsili üçün proqramların layihələri, Azərbaycanda Hüquq Akademiyasının strukturu və onun fəaliyyət istiqamətlərinə dair məsələlər müzakirə edilmişdir.
Toplantıda Dünya Bankı tərəfindən məhkəmə sistemimizə dəstəyin layihəsi ətrafında da fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri A.Cəfərov Avropa Şurasının Hüquqi Əməkdaşlıq üzrə direktoru Roberto Lamponi ilə görüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]