Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib YENİLƏNİB-2 VİDEO

Bakı, 22 noyabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı bu il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdar olmaqla ədliyyə işçiləri tərəfindən ikiqat sevinc hissi ilə təntənəli şəkildə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə nazirliyin bütün struktur qurumlarında silsilə tədbirlər, o cümlədən “açıq qapı” günü, “dəyirmi masa”, ictimai təqdimat və digər yığıncaqlar, universitetlərdə və orta məktəblərdə açıq dərslər, mühazirələr, kütləvi idman yarışları (futbol, voleybol, şahmat) və intellektual oyunlar, veloyürüş, könüllü qanvermə və ağacəkmə aksiyaları təşkil olunub, ədliyyə veteranlarına, uşaq evlərinə baş çəkilib, yeni qulluğa qəbul olunan gənclərlə görüşlər keçirilib. Bu ərəfədə Zaqatalada ədliyyə orqanları və rayon məhkəməsi üçün yeni müasir binanın açılışı həyata keçirilib, bəzi struktur qurumlara xidməti istifadə üçün Azərbaycanın milli istehsalı olan yeni avtomobillər təqdim edilib, ədliyyə işçilərinə bayram sovqatları, mükafatlar verilib.

Eyni zamanda, nazirlik tərəfindən Azərbaycan ədliyyəsinin 100 illik tarixinə dair xüsusi kitab, ədliyyənin rəmzləri, nazirliyin müasir fəaliyyəti, o cümlədən məhkəmə-hüquq islahatları, beynəlxalq hüquq əlaqələri barədə müxtəlif dillərdə toplular, broşürlər, bukletlər və digər maarifləndirici vəsaitlər, o cümlədən videoçarxlar, yubileyə həsr olunmuş ayrıca film və xüsusi ekspozisiyalardan ibarət stendlər hazırlanıb. Həmçinin nazirliyin rəhbərliyi, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çoxsaylı çıxışlar edilib.

Bu bayramı ədliyyə işçilərinə bəxş etmiş ümummilli lider Heydər Əliyevə əbədi ehtiramın əlaməti olaraq, nazirliyin rəhbərliyi və kollektivi, hakimlər yubiley ərəfəsində Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

Sonra ədliyyə işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarında keçmiş Vətən övladlarının məzarlarını da ziyarət ediblər.

Noyabrın 22-də Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə Bakıda, “Abşeron Marriott” mehmanxanasında “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yubiley tədbirində iştirak etmək üçün Türkiyənin ədliyyə naziri Abdulhamit Gül nazirliyin rəhbər şəxslərindən və qardaş ölkənin deputatlarından ibarət geniş tərkibli nümayəndə heyəti ilə, Belarusun ədliyyə naziri Oleq Slijevski, Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mixeil Sarjveladze, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Georq Stava ölkəmizə səfərə gəliblər.

Konfransda, həmçinin ölkəmizin aidiyyəti qurumlarından 110-dan çox nümayəndə, o cümlədən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, deputatlar, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, Vəkillər Kollegiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin məsul şəxsləri, alimlər, gənclər, vətəndaş cəmiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan nazir Fikrət Məmmədov tədbirdə iştirak edən qonaqları salamlayıb, Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edib. Nazir konfransın hüquqi dövlətdə ədliyyə sisteminin, Azərbaycan ədliyyəsinin formalaşmasına, inkişafına və qarşıda duran yeni çağırışlara həsr olunduğunu bildirib.

Nazir Prezident İlham Əliyevin yubiley münasibətilə ədliyyə işçilərinin və hakimlərin böyük bir qrupunu orden və medallar, fəxri adlar və ali xüsusi rütbələrlə təltif etməsinin, ədliyyə və məhkəmə işçilərinə təbrik məktubunun dərin minnətdarlıq hissi ilə qarşılandığını və dövlətimizin başçısının Azərbaycan ədliyyəsinə qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Bildirib ki, bu yüksək etimadı doğrultmaq üçün ədliyyə işçiləri bundan sonra daha əzmlə və məsuliyyətlə çalışmağı özlərinin vəzifə borcu sayırlar.

Prezidentin köməkçisi Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə ədliyyə və məhkəmə işçilərinə ünvanladığı təbrik məktubunu oxuyub.

Müraciətdə Azərbaycan ədliyyəsinin keçdiyi 100 illik yoldan bəhs olunaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyətinin artdığı, müasir məhkəmə sisteminin yaradıldığı, məhkəmələrin müstəqilliyinin təmin olunması üçün mühüm addımların atıldığı vurğulanıb. Təbrik məktubunda, həmçinin Azərbaycanda ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin bu gün də davam etdirildiyi qeyd olunub, ədliyyə və məhkəmə işçilərinin Azərbaycan ədliyyəsinin inkişafına bundan sonra da töhfə verəcəklərinə əminlik ifadə edilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev konfransda çıxış edərək Azərbaycan ədliyyəsinin və məhkəmə sisteminin qurulması tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə və məhkəmə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonra məruzə və çıxışlar dinlənilib. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Azərbaycan ədliyyəsi 100: təkamül və yeni çağırışlar” mövzusunda geniş məruzə ilə çıxış edib.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının zəngin ədliyyə tarixindən bəhs edən nazir ədliyyə işinə hələ qədim dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdə xüsusi diqqət yetirildiyini, ədliyyənin şanlı tarixinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başladığını diqqətə çatdırıb.

Bildirib ki, 1918-ci il mayın 28-də Cümhuriyyətin qurulması ilə eyni gündə təsis olunan Ədliyyə Nazirliyi respublikanın mövcud olduğu 23 ay ərzində ölkənin hüquq sisteminin, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası və təkmilləşdirilməsi, dövlət dili olan Azərbaycan dilini bilən şəxslərin işə cəlb olunması, mühüm qanun layihələrinin hazırlanması, penitensiar xidmətin nazirliyin tabeliyinə verilməklə həbsxana işinin demokratik norma və prinsiplərə uyğun qurulması istiqamətində tarixi xidmətlər göstərib.

Sovet hakimiyyətinin ilk illərində ədliyyə orqanlarının iki dəfə ləğv edilərək yenidən yaradılmasını, fasilələrlə fəaliyyət göstərməsini ədliyyə tarixinin keşməkeşli dövrü adlandıran nazir Fikrət Məmmədov Azərbaycan ədliyyəsinin sabit və davam inkişafının yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövrə - 1970-ci ilə təsadüf etdiyini vurğulayıb, müstəqillik illərində Ulu Öndərin demokratik hüquqi dövlət quruculuğu, müasir hüquq sistemimizin inkişafı istiqamətində müstəsna xidmətlərini qeyd edib. Bildirib ki, yeni üçpilləli müstəqil məhkəmə hakimiyyətinin bərqərar edilməsi, ədliyyə orqanlarının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi Ümummilli Liderin adı ilə bağlıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələnin başlandığını deyən ədliyyə naziri ötən dövrdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, əldə olunan nailiyyətlər və tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib, nazirliyin ayrı-ayrı istiqamətləri üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri əyani təqdimatla iştirakçıların diqqətinə çatdırıb.

Konfransda Ədliyyə Nazirliyi tərəfindən yubiley münasibətilə hazırlanmış ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” xüsusi kitabın Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov tərəfindən ictimai təqdimatı olub.

Əyani təqdimat zamanı məlumat verilib ki, Azərbaycan ədliyyəsinin 100 illik tarixinə qiymətli töhfə olan bu kitabda xalqımızın ədliyyə tarixi ən qədim zamanlardan başlayaraq yaşadığımız günlərədək ətraflı tədqiq edilib. Azərbaycan ədliyyəsinin Xalq Cümhuriyyəti dövrünün ayrıca təqdim olunması, sovet hakimiyyəti dövründə və müstəqillik illərində ulu öndər Heydər Əliyevin Azərbaycan ədliyyəsinin inkişafında misilsiz xidmətlərinin geniş işıqlandırılmasının təqdirəlayiq olduğu vurğulanıb. Həmçinin bildirilib ki, müasir mərhələdə Prezident İlham Əliyevin yürütdüyü ədliyyə və məhkəmə-hüquq islahatlarına dair verilən zəngin material həm azərbaycanlı oxucular üçün, həm də Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması baxımından çox qiymətlidir.

Akademik Y.Mahmudov illüstrasiya materiallarının zəngin olduğu “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” kitabının işıq üzü görməsini ədliyyə tariximizin bütöv halda sistemli şəkildə araşdırılması baxımından mühüm hadisə kimi dəyərləndirib, ədliyyə və məhkəmə-hüquq tariximizə sanballı töhfə və oxucular üçün dəyərli vəsait olduğunu vurğulayıb.

Sonra Türkiyənin ədliyyə naziri Abdulhamit Gül “Türkiyənin məhkəmə sistemi müasir inkişaf mərhələsində” mövzusunda çıxış edərək Azərbaycanın ədliyyə sahəsində böyük uğurlar qazandığını bildirərək, bu münasibətlə təbriklərini çatdırıb.

“Türkiyə və Azərbaycan iki dost və qardaş ölkə, bir millət, iki dövlətdir. Xüsusilə Qafqazda davamlı sülh, sabitlik və inkişafın təmin edilməsi üçün ölkələrimiz arasında həmrəylik vacibdir. Türkiyə və Azərbaycan gücünü ortaq tarixdən alan, bir-birinə bağlı olan ölkələrdir. Həm ikitərəfli, həm də regional məsələlərdə əməkdaşlığı və həmrəyliyimizi genişləndirməkdə qətiyyətliyik. Dövlətlərimizin başçıları arasında yaxın münasibətlər, qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin göstəricisidir”, - deyən ədliyyə naziri Abdulhamit Gül əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını söyləyib, Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

“Belarus Respublikasının ədliyyə sisteminin inkişafı: vəzifələr, nailiyyətlər, tendensiyalar” mövzusunda çıxış edən Belarusun ədliyyə naziri Oleq Slijevski ötən il Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Sazişin implementasiyası çərçivəsində təcrübə mübadiləsinin uğurla davam etdirildiyini bildirib. O, Belarus ədliyyə sisteminin fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, iki ölkənin ədliyyə orqanları arasında fəaliyyətlər bənzərdir və qarşımızda ümumi hədəflər durur.

CEPEJ-in prezidenti Georq Stava “Azərbaycan və CEPEJ: inkişaf üçün əməkdaşlıq” mövzusunda çıxış edərək ölkəmizlə səmərəli əlaqələri vurğulayıb, son illər Azərbaycanda məhkəmə-hüquq sistemində yüksək uğurlara nail olunduğunu, məhkəmə sistemində İKT-lərin və elektron məhkəmənin tətbiqi, infrastrukturun müasirləşdirilməsi sahəsində Azərbaycanın ön sıralarda olduğunu vurğulayıb. O, həmçinin jurnalistlərə müsahibəsində Azərbaycanda məhkəmə sistemində həyata keçirilən layihələrin digər dövlətlərə örnək kimi təqdim olunduğunu və artıq Avstriyanın Azərbaycanın bu sahədə təcrübəsindən istifadə etdiyini vurğulayıb.

Konfransda Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mixeil Sarjveladzenin “Gürcüstanın ədliyyə sektorunda islahatlar - güclü qanunun aliliyi və demokratiyaya doğru irəliləyiş”, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin “Hüquq sisteminin inkişafında müasir qanunvericilik bazasının rolu”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Ədalət mühakiməsinin həyata keçirilməsi işində vəkilliyin rolu”, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyevin “Ədliyyə və məhkəmə sistemi üçün hüquqşünas kadrların hazırlanması” və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin “Ədliyyə fəaliyyətində ictimai iştirakçılıq” mövzularında çıxışları dinlənilib, müzakirələr, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirin yekununda ədliyyə işçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

Həmin gün Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunan qəbul təşkil olunub.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan qəbulda yubiley münasibətilə hazırlanmış və Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolundan bəhs edən xüsusi film nümayiş olunub, mədəni proqram təşkil edilib.

Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib YENİLƏNİB-2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur