İDMAN
Azərbaycan gimnastı: Əsas hədəfim Tokio Olimpiadasına lisenziya qazanmaqdır
Bakı, 16 mart, AZƏRTAC
Dünya kuboku yarışlarının finalında uğurla çıxış etdim. Təsnifat mərhələsində proqramımı icra edərkən bəzi səhvlərə yol verdim. Sevinirəm ki, finalda daha yaxşı çıxış edərək mükafatçılar sırasında yer ala bildim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən idman gimnastikası üzrə dünya kubokunda halqalarla yarışda gümüş medal qazanan Azərbaycan idmançısı Nikita Simonov deyib.
Azarkeşlərin dəstəyinin önəmini xüsusi vurğulayan N.Simonov deyib: “Növbəti sınağım gələn həftə Qətərin paytaxtı Dohada olacaq. Dünya kuboku yarışlarının növbəti mərhələsində gücümü sınayacağam. Əsas hədəfim dünya kuboku yarışlarında uğurla çıxış edib, Tokio Olimpiadasına lisenziya qazanmaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [13:17]
“Sumqayıt” qapıçısı ilə yollarını ayırıb
- 03.06.2024 [11:36]
Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- 03.06.2024 [11:05]
Azərbaycan millisinin üzvü Braziliya klubu ilə anlaşıb
- 03.06.2024 [10:31]
“Araz-Naxçıvan” futbolçusu ilə müqaviləni uzadıb
- 03.06.2024 [10:28]
“Qarabağ” tarixində 20-ci titulunu əldə edib
- 03.06.2024 [10:18]