Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən beynəlxalq turnirdə daha yeddi medal qazanmışlar
Bakı, 24 mart (AZƏRTAC). Bolqarıstanın Plovdiv şəhərində Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş güləş üzrə 17-ci beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edirlər.
Turnirin ikinci günündə güləşçilərimiz 3 qızıl və 4 bürünc medala sahib olmuşlar.
Gənc qızların mübarizəsində Raqnetta Qurbanzadə (67 kq) və Şəfəq Muradzadə (48 kq) bütün rəqiblərindən üstün olmuş və yığmamıza qızıl medal qazandırmışlar.
Yunan-Roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (60 kq) və Hacımurad Bağmanov (74 kq) bürünc medal əldə etmişlər.
Sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev (84 kq) qızıl medal qazansa da, Mircəlal Həsənzadə (55 kq) və Abdulmuslim Muxuddinov (66 kq) bürünc medalla kifayətlənmişlər. Ruslan Surxayev (55 kq) isə turniri beşinci sırada tamamlamışdır.
İki günün yekunlarına əsasən, güləşçilərimizin hesabında 5 qızıl, 3 gümüş və 4 bürünc medal vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [21:09]
"Səbail"in yeni rəhbəri bəlli olub
- 17.06.2026 [21:05]
“Qarabağ” mozambikli müdafiəçini transfer edib
- 17.06.2026 [18:27]
“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb
- 17.06.2026 [15:42]
"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb
- 17.06.2026 [15:28]
Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var
- 17.06.2026 [15:10]