Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən beynəlxalq turnirin ilk günündə iki medal qazanmışlar VİDEO
Bakı, 22 fevral (AZƏRTAC). Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci “Dan Kolov - Nikola Petrov” Beynəlxalq turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanın sərbəst güləş üzrə yığma komandası da iştirak edir.
Turnirin ilk günündə yığma komandamızın üzvlərindən Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olmuş və qızıl medal qazanmışdır. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırmışdır.
Cəbrayıl Həsənov (74 kq) isə bürünc medala sahib olmuşdur.
Görüşlərin idarə edilməsində ölkəmizi Beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edir.