“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİ YENİ TƏYYARƏ QƏBUL ETMİŞDİR
Əlamətdar hadisə münasibətilə keçirilən təntənəli mərasimdə “Azərbaycan Hava Yolları” Konserni baş direktorunun müavini Arif Məmmədov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il avqustun 25-də Almaniyaya rəsmi səfəri zamanı Konsernlə “Airbus” şirkəti arasında “A-319” tipli 4 sərnişin təyyarəsinin alınması haqqında müqavilə imzalanmışdır. Aviapark həmin müqaviləyə müvafiq olaraq 4-cü, sonuncu təyyarəni qəbul etmişdir. 122 yerlik ikisalonlu təyyarə uçuşların təhlükəsiziliyini təmin etmək üçün ən müasir avadanlıqla təchiz olunmuşdur.
A.Məmmədov milli mülki aviasiyanın inkişafına daim diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirmiş, əmin etmişdir ki, aviatorlarlar bu etimadı daim doğruldacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:27]
Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb
- 13.10.2026 [12:17]
Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib
- 13.10.2026 [12:11]