AZƏRBAYCAN HƏQİQƏTLƏRİ BEYNƏLXALQ KONFRANSDA SƏSLƏNMİŞDİR
Konfransda bugünkü qloballaşan dünyada mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi yolları bu işlər üçün maliyyənin ayrılması məsələsi müzakirə edilmiş, mədəniyyətin Avropadakı inteqrasiya prosesinin əsası olduğu qeyd edilmişdir.
Konfransdakı çıxışında ölkəmizin mədəniyyətlərarası dialoqu dəstəklədiyini, Azərbaycanda mədəniyyətlərarası dialoqun, anlayışın, dostluğun tarix boyu mövcud olduğunu qeyd edən M.Əliyev, respublikamızın regionda mədəniyyətlərarası, dinlərarası dialoqa nümunə olduğunu bildirmişdir. Vurğulamışdır ki, ərazisinin 20 faizini işğal etmiş, bu ərazidə bütün mədəniyyət abidələrini, kitabxanaları, muzeyləri məhv etmiş işğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşularla yaxın əməkdaşlıq və dialoq şəraitində yaşayır.
Səfir işğalçılığı, terrorizmi, başqa mədəniyyətləri inkar etməyi əsas götürmüş bir ölkə ilə mədəniyyətlərarası dialoqun mümkün olmadığını diqqətə çatdırmışdır. Ermənistanın yalnız işğalçılıq və terrorizm siyasətindən əl çəkdiyi halda bu dialoqun mümkün olduğunu qeyd etmişdir.