Azərbaycan idmançıları Xüsusi Yay Olimpiya Oyunlarında 4-ü qızıl olmaqla 17 medal qazanıb
Bakı, 19 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları 4-ü qızıl olan 17 medal qazanıblar. Xüsusi olimpiyaçılarımız atletika üzrə 6 (1 qızıl, 2 gümüş, 3 bürünc), pauerliftinq yarışlarında 5 (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdo üzrə 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), badminton üzrə 1 qızıl, stolüstü tennis yarışında 1 gümüş, üzgüçülük üzrə isə 1 bürünc medal qazanıblar.
Azərbaycan Oyunlarda 54 atletlə təmsil olunur. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparırlar.
Xüsusi Yay Olimpiya Oyunlarında 190-dək ölkədən 7500-dən çox atlet qüvvəsini sınayır.