Azərbaycan idmançılarının atletika yarışlarında növbəti qızıl medalı
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan idmançıları İslamiadanın atletika və paraatletika yarışlarında növbəti qızıl medala sahib olublar.
AZƏRTAC xəbər verir ki, “Bakı-2017”də qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında T12 kateqoriyasında çıxış edən təmsilçimiz Yelena Çebanu finiş xəttini 24,89 saniyədə keçərək qızıl medal qazanıb.
İndoneziyalı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri bürünc medala sahib olublar.