Azərbaycan idmançısı Saman Təhmasibi 2013-cü ilin ən yaxşı güləşçisi seçilmişdir
Bakı, 27 mart (AZƏRTAC). Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilmişdir.
Ötən il keçirilən dünya çempionatında gümüş (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində qızıl (6 xal) medal qazanan və Avropa çempionatında 5-ci yeri (2 xal) tutan S.Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək - 18 reytinq xalı toplayaraq bu ada layiq görülmüşdür.
FİLA il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatları, “Qızıl Qran-pri” turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə idmançıları qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [21:09]
"Səbail"in yeni rəhbəri bəlli olub
- 17.06.2026 [21:05]
“Qarabağ” mozambikli müdafiəçini transfer edib
- 17.06.2026 [18:27]
“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb
- 17.06.2026 [15:42]
"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb
- 17.06.2026 [15:28]
Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var
- 17.06.2026 [15:10]