Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir

Daşkənd, 9 noyabr, Abbasəli Yadigarov, AZƏRTAC

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak etmək üçün Özbəkistana səfər edib.

Bu tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq. ECO-ya üzv ölkələrin liderləri, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparacaqlar.

AZƏRTAC Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələrə və üzv dövlətlərlə əlaqələrinə bir daha nəzər salır.

Xatırladaq ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyevin bununla bağlı fikirləri dediklərimizi təsdiqləyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilir.

Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.

Bundan başqa, təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir. Sənədin mətnində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbə münasibətilə təbrik yer alıb. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpasının mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur, üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılır. Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürləridir.

Ümumiyyətlə, Azərbaycan son illər çevik xarici siyasəti ilə fərqlənir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə də öz töhfəsini verir. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyinin üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılması Azərbaycanın beynəlxalq proseslərdəki rolunun yüksək səviyyədə dəyərləndirilməsidir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə, o cümlədən Avropa Siyasi Birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), Şanxay Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının Zirvə toplantılarına və s. dəvət olunması, bir sıra təşkilatlarda uğurlu sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, çevik xarici siyasət yürütməsinin, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verməsinin bariz göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib