Azərbaycan–Macarıstan ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb
Bakı, 19 may, AZƏRTAC
Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Dövlət Tərcümə Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş macar ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan-Macarıstan ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.