AZƏRBAYCAN MİLLİSİ LİXTENŞTEYNLƏ GÖRÜŞƏ QƏLƏBƏ ƏZMİ İLƏ ÇIXACAQDIR
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan yığma futbol komandasının baş məşqçisi Berti Foqts sentyabrın 9-da AFFA-nın inzibati binasında keçirdiyi mətbuat konfransında bəyan etmişdir.
Azərbaycan yığmasının sentyabrın 6-da Uelslə keçirdiyi görüşü şərh edən B.Foqts komandamızın yaxşı təsir bağışladığını, futbolçuların oyunundan razı qaldığını bildirmişdir. Baş məşqçi daha sonra millimizi qarşıda Lixtenşteynlə çətin oyun gözlədiyini, bunun həm futbolçularımız, həm də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Rəqib komandanın Almaniya ilə görüşünü təhlil etdiyini deyən B.Foqts Azərbaycan yığmasının bu görüşə tam hazır olduğunu, sabahkı oyuna böyük ruh yüksəkliyi və qələbə əzmi ilə çıxacağını söyləmişdir.
Baş məşqçi əminliklə bildirmişdir ki, Azərbaycanın futbol həvəskarları 3-4 ildən sonra tamam başqa komanda görəcək, oyunçularımız hətta Avropanın tanınmış klublarına dəvət alacaqlar.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]