AZƏRBAYCAN NÜMAYƏNDƏSİ BAŞ ASSAMBLEYANIN 63-CÜ İCLASINDA İŞTİRAK ETMİŞDİR
Təşkilatın əsas məqsədi beynəlxalq daşımaların həyata keçirilməsi üçün zəruri texniki şərait yaratmaqdan ibarətdir. Sərnişin və yük daşımaları, infrastruktur, ətraf mühitin qorunması, idarəçilik, beynəlxalq treninq onun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
İclasda təşkilatın illik hesabatı dinlənildi, ekoloji məsələlər müzakirə edildi, 2004-cü il üçün büdcə qəbul olundu. 63-cü islasın gündəliyinə, həmçinin təşkilati məsələlər də daxil edilmişdi.
Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə bir sıra ölkələrin dəmir yollarının nümayəndələri ilə görüşüb əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Belə tədbirlər, şübhəsiz ki, mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycanın dəmir yolu nəqliyyatının işini beynəlxalq standartların tələbləri səviyyəsinə qaldırmağa kömək edəcəkdir. Ümid edirik ki, yaxın gələcəkdə ölkəmiz bu beynəlxalq təşkilatın daimi və həm də fəal üzvlərindən birinə çevriləcəkdir.