Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İRAN İSLAM RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 25-də Prezident sarayında İran İslam Respublikasının təhlükəsizlik naziri Əli Yunisi başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir. 

Prezident Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq dedi ki,

hesab edirəm, hörmətli nazirin səfəri İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olacaqdır.

Dövlətimizin başçısı özünün İrana rəsmi səfərindən söhbət açaraq vurğuladı ki, səfər çox yaxşı keçdi. İran hökuməti və Prezident Xatəmi, başqa vəzifəli şəxslər Azərbaycana, Azərbaycan Prezidentinə çox böyük diqqət göstərdilər. Biz bir çox məsələləri müzakirə etdik və çoxlu vacib sənədlər imzaladıq.

Təbiidir ki, danışıqların, görüşlərin hamısı Prezident cənab Xatəmi ilə aparılırdı. Ancaq mən həm parlamentdə oldum, onun sədri ilə görüşdüm, həm də ki, hər dəfə olduğu kimi, İranın ali rəhbəri ayətullah Xamnei ilə də görüşdüm, çox ətraflı söhbət etdim.

Ayətullah Xamnei ilə mən 10 il bundan öncə tanış olmuşam. Onda Naxçıvan Muxtar Respublikasının başçısı idim. Mən İrana, Tehrana dəvət edilmişdim. Xüsusi olaraq Məşhədə getdim və orada ayətullah Xamnei ilə ilk dəfə görüşüb söhbət etdik. Ondan sonra, 1994-cü ildə Azərbaycan Prezidenti kimi mənim İrana rəsmi səfərim olmuşdu. Ağayi Rəfsəncani ilə bir çox görüşlər keçirdik, danışıqlar apardıq.

Prezident Heydər Əliyev bu ilin aprelindəki səfərindən danışaraq dedi ki, onun ən böyük nəticələrindən biri odur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra biz ilk dəfə olaraq İranla ölkəmiz arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzladıq. İndiyə qədər bizim belə bir müqaviləmiz olmayıbdır. Səfərə hazırlaşarkən mən bildirdim ki, biz gərək mütləq müqavilə imzalayaq. Bir dəfə Tehrandan xəbər gəldi ki, buna o qədər ehtiyac yoxdur. Amma ikinci dəfə elə bir layihə gəldi ki, onu heç imzalamaq olmazdı. Sonrakı aylarda hər iki tərəfdən - çox böyük cəhdlər göstərildi. Müştərək işimiz nəticəsində, hesab edirəm ki, ölkələrimiz arasındakı əlaqələri tənzimləyən çox dəyərli bir müqavilə hazırlandı və Prezident Xatəmi və mən Tehranda onu imzaladıq. Mən bu barədə ona görə danışıram ki, bağladığımız müqavilə İranla Azərbaycan arasındakı əlaqələrin hüquqi-normativ əsasıdır.

Biz bir çox başqa sənədlər də imzaladıq. Amma bunların əsası mən dediyim müqavilədir. Bir sözlə, hesab edirəm ki, İrana səfərim çox uğurlu olubdur. İndi mən ağayi Xatəminin Azərbaycana səfərini gözləyirəm.

Biz - prezidentlər ölkələrimizin əlaqələrinin ümumi məsələlərini həll edirik. Bizim nazirlərimiz, başqa yüksək vəzifəli şəxslərimiz isə bu böyük proqramların həyata keçirilməsi üçün əməli fəaliyyət göstərir və göstərməlidirlər. Bu baxımdan Azərbaycana sizin səfəriniz də, hesab edirəm, məhz İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, Tehranda bizim imzaladığımız sənədlərin icrası üçün çox əhəmiyyətlidir.

Səmimi qəbul üçün dövlətimizin başçısına təşəkkür edən Əli Yunisi cənab Xatəminin salamını Prezident Heydər Əliyevə çatdırdı və bildirdi ki, İran Prezidenti ən yaxın zamanda Azərbaycana səfər etməyə hazırdır.

Nazir dedi: Zati-aliləri, Sizin Tehrana səfəriniz həm əlaqələrimiz üçün çox əhəmiyyətli idi, həm də regiondakı məsələlərin həlli baxımından vaxtında edilmişdi. Sizin bu səfəriniz bədxahların şayiələrinə, uydurmalarına birdəfəlik son qoydu və bir daha göstərdi ki, siyasi iradəniz nəticəsində bu səfər həyata keçdi, bir sıra məsələlər öz həllini tapdı.

Bizə, yəni hörmətli cənab Abbasovla mənə aid olan məsələləri bir il bundan əvvəl müzakirə etməyə başlamışıq. İndiyə qədər Tehranda və Bakıda keçirdiyimiz görüşlər və danışıqlar nəticəsində yaxşı razılaşmalar əldə etmişik. Biz təhlükəsizlik xidmətləri orqanları arasında əməkdaşlığa, əməli işlərə başlamışıq. Hesab edirəm ki, bunlar öz müsbət nəticəsini verəcəkdir.

İstər milli təhlükəsizlik naziri, istər daxili işlər naziri, istərsə də ədliyyə naziri və digər rəsmi şəxslərlə keçirdiyim görüşlər onu göstərir ki, hər iki tərəf müzakirə edilən məsələlərin həlli üçün çalışır.

Təhlükəsizlik sahəsində əməkdaşlığa başlamaq üçün cənab Namiq Abbasov öz nümayəndəsini Tehrana göndərir və bizim nazirlikdən də buraya nümayəndə göndəriləcəkdir. Düşünürəm ki, hər iki ölkənin təhlükəsizlik nazirləri dövlət başçılarının qəti iradəsini və qərarını həyata keçirmək üçün əllərindən gələni edəcəklər.

Dövlətimizin, o cümlədən ali dini rəhbərin, Prezidentin qəti qərarı bundan ibarətdir ki, qonşu ölkələrlə, ilk növbədə müsəlman dövlətləri və xüsusilə Azərbaycanla münasibətlər geniş inkişaf etdirilməlidir. Cənab Prezident, mən hər dəfə öz Prezidentimin dilindən eşitdiyimi bu gün Sizin dilinizdən eşitdim.

Prezident Heydər Əliyev bildirdi ki, mənim dediklərim və sizin dedikləriniz tamamilə eynidir və üst-üstə düşür. Cənabi Allah özü bizim xalqlarımızı daim dostluq, qardaşlıq şəraitində yaşamaq üçün yaradıbdır. Ona görə bizim bir kökümüz var, bir dinimiz var, adət-ənənələrimiz var, milli dəyərlərimiz var, hamısı da bir-biri ilə qarışıbdır. Məsələn, böyük bir şair var - Qətran Təbrizi, o, bütün Azərbaycanın şairidir. Amma o, İranın da şairidir. Seyid Məhəmməd Şəhriyar... Azərbaycanın şairidir, amma İranin da şairidir. Məsələn, götürək Sədi, Hafiz, Firdövsi... Biz bunları həmişə özümüz üçün doğma şairlər hesab etmişik. Mənim yadımdadır, hələ orta məktəbdə Firdövsinin “Şahnamə”sini oxuyurdum. 60 il bundan öncə oxumuşam. 1993-cü ildə İrana gedəndə Məşhədə getdim, Firdövsinin qəbrini, Nadir şahın da qəbrini ziyarət etdim. Orada İmam Rzanın qəbrini ziyarət etdim. İmam Rzanın qəbrini ziyarət etməyim məndə çox böyük təəssürat yaratdı. Onun məqbərəsinə, xatirəsinə həsr olunmuş əsərlərə baxanda və insanların oraya fasiləsiz axınını görəndə təsəvvür edirsən ki, İmam Rza bizim xalqlar üçün nə deməkdir.

Mən yenə də deyirəm, Allah bizi elə yaradıb ki, bir yerdəyik, bir torpaqdayıq, yəni bir ərazidəyik, qonşuyuq. Kökümüz bir, adətimiz bir, ənənəmiz birdir, hamısı eynidir. Belə olan halda biz bir-birimizə dost, qardaş olmaq əvəzinə, aramızda nifaq salmaq... Onsuz da dünyada, başqa məntəqələrdə bizə düşmən olanlar çoxdur. Buna görə biz gərək özümüz elə edək ki, aramızda dostluq, qardaşlıq münasibətləri olsun və xaricdən bizə olan təxribatlardan və sairədən özümüzü birlikdə qoruyaq. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin İran ilə əlaqələrə aid siyasəti bundan ibarətdir. Biz bu siyasəti də həyata keçiririk. Prezident Xatəmi ilə, başqa şəxslərlə görüşlərimdə duydum ki, İranda da artıq Azərbaycana münasibətdə belə bir siyasət meydana çıxıbdır. Biz bunu qorumalı, inkişaf etdirməliyik. Onda İran da, Azərbaycan da güclü olacaqdır. Amma ən əsas odur ki, biz bir-birimizə qarşı heç vaxt mənfi iş görməyəcəyik.

Qəbulda milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai və digər rəsmi şəxslər iştirak edirdilər.

X X X

AZƏRBAYCAN VƏ İRANIN TƏHLÜKƏSİZLİK NAZİRLƏRİNİN BİRGƏ BRİFİNQİ

İyulun 25-də, Azərbaycan Prezidenti Heydər Əliyevin İran nümayəndə heyəti ilə görüşündən sonra Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov və İran İslam Respublikasının təhlükəsizlik naziri Əli Yunisi Prezident sarayında kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirmişlər.

SUAL: Ağayi Yunisi, siz bir az əvvəl Prezidentlə görüşünüzdə Azərbaycan ilə İranın təhlükəsizlik xidmətləri arasında əməkdaşlıq haqqında danışdınız. Bu əməkdaşlıq hansı formada olacaq? Yəni informasiya mübadiləsi, kadr hazırlığı sahələrini əhatə edəcəkmi?

ƏLİ YUNİSİ: Biz müsəlman dövlətləriyik, müştərək mənafelərimiz çoxdur. İki dövlətin müştərək mənafeləri dedikdə, hər iki ölkənin təhlükəsizlik məsələləri əsas götürülür. Bunlar terrorizmə, narkotik maddələrin dövriyyəsinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədir. Bu əməkdaşlıq ötən ildən başlayıbdır və getdikcə genişlənir, inkişaf edir. Ölkənizin hörmətli milli təhlükəsizlik naziri ilə biz bu gün bir dəyərli sənəd də imzaladıq. Bu sənəd hər iki dövlətin rəhbərliyi tərəfindən də çox yaxşı qəbul olunub və dəstəklənibdir. Belə bir siyasət Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən dəstəklənibdir. Bir qədər əvvəl onun Tehrana səfəri zamanı da bunun zəruri olduğu təsdiqlənmişdir.

Bildiyiniz kimi, yaxın gələcəkdə İran İslam Respublikasının Prezidenti cənab Xatəminin Azərbaycana rəsmi səfəri olacaqdır. Bu siyasət əməli surətdə daha da inkişaf edəcəkdir. İki ölkənin təhlükəsizlik nazirlikləri və orqanları arasında əməkdaşlıq daha genişdir. Siz bu əməkdaşlığın bir hissəsinə, yəni təlim və kadrların hazırlanması məsələsinə işarə vurdunuz. Əməkdaşlığımız bundan da genişdir. Əlbəttə, bu əməkdaşlıqda kadrların hazırlanması, onların öyrədilməsi də var. Lakin texniki hazırlıq, əməliyyat işlərinin aparılması və təhlükəsizliyin təmin olunması da zəruri məsələlərdir.

Terrorizmə qarşı mübarizə elə bir məsələdir ki, bu gün bütün dünya dövlətlərini narahat edir. Terrorizm bütün ölkələrin milli təhlükəsizliyinə xələl gətirən amildir. Bu sahədə əməkdaşlıq ilk növbədə qonşu dövlətlər arasında aparılmalıdır. Biz isə qonşu ölkələr olduğumuza görə, belə bir əməkdaşlığa ehtiyac vardır. Ümidvaram ki, mənim bu cavabım sizi qane etdi.

SUAL: Ağayi Yunisi, sizin bu səfəriniz zamanı siyasi mühacirlər məsələsinə toxunuldumu? Azərbaycanda İrandan gəlmiş çoxlu mühacir var, o cümlədən İranda da Azərbaycanın indiki hakimiyyəti əleyhinə çıxış edən bəzi qüvvələr var. Səfəriniz zamanı bu məsələyə toxundunuzmu?

ƏLİ YUNİSİ: Mən birinci suala cavab verərkən, düşünürəm ki, bunu da əhatə etdim. İki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq dedikdə, hər iki dövlətə xələl gətirən amillərə və şəxslərə qarşı mübarizədə əməkdaşlığa da aiddir.

NAMİQ ABBASOV: Hesab edirəm ki, mən söhbətə müdaxilə etməliyəm və hörmətli jurnalistlərə kiçik izahat verməliyəm. Bir neçə ay bundan əvvəl Azərbaycana cənab Ruhani gəlmişdi. Biz jurnalistlərə imkan yaratdıq ki, onlar hava limanında da onunla gəlib görüşsünlər, istədikləri sualları versinlər. Sonra dəfələrlə onların arasında təmaslar oldu. Amma indi siz İran dövlətinin kəşfiyyat xidmətinin rəhbəri ilə görüşürsünüz. Bu xidmətin ən başlıca iş prinsipi məxfilikdir. Əgər hesab edirsinizsə ki, verdiyiniz suallara dəqiq, dürüst cavab alacaqsınız, bu, düzgün mövqe deyildir. Bir ildən artıqdır ki, bizim xüsusi xidmət orqanları arasında bilavasitə təmaslar yaranıbdır. Bu müddət ərzində İran və Azərbaycanın milli mənafeləri, dövlət təhlükəsizliyi mənafeləri üçün tam anlaşma, qarşılıqlı əməkdaşlıq müstəvisinə çıxmışıq, mövqelərimiz tamamilə üst-üstə düşmüşdür. Biz işbirliyi qurmuşuq. Azərbaycan və İran dövlətlərinin, hər iki qonşu xalqın milli mənafelərinin təmin olunması müstəvisindəyik. Bunu xırdalamağa cəhd etməyin.

ƏLİ YUNİSİ: Cənab nazir sizə geniş şərh verdi. Hesab edirəm ki, bu, sizi qane edər.

SUAL: Azərbaycanın ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal edilibdir. Bu ərazilərin bir qismi İranla sərhəddədir. Həmin ərazidə İran xüsusi xidmət orqanlarının nəzarəti nə dərəcədədir?

NAMİQ ABBASOV: Ermənilərin işğal etdikləri ərazidə İranın hansı nəzarəti ola bilər? İranın xüsusi xidmət orqanları ancaq öz sərhədlərinə nəzarət edə bilər. Siz mənim sözlərimə inanın. Biz İranın xüsusi xidmət orqanları ilə münasibət qurmuşuq. Son bir ildə çox müsbət nəticələrə nail olmuşuq. İranla Azərbaycan dövləti arasında qarşılıqlı iradlar üçün əsaslar çox kəskin şəkildə azalıbdır. Biz razılığa gəlmişik ki, növbəti il ərzində bizim bir-birimizlə bağlı heç bir xofumuz qalmasın. Buna Azərbaycanın marağı varsa, İran da bu məsələdə maraqlıdır. Biz belə bir anlaşma əldə etmişik.

ƏLİ YUNİSİ: Cənab nazirin dediyi kimi, bəzi məsələlər yalnız insanların xəyalında, zehnində yaşayır. Əslinə qalsa, əməldə belə işlər olmayıbdır. Bilin ki, əməkdaşlığın ən yüksək zirvəsi iki ölkənin, dövlətin, təhlükəsizlik nazirlikləri və orqanları arasında yaranmış əməkdaşlıqdır. Bundan yüksək heç nə olmur.

SUAL: Cənab Heydər Əliyevlə görüş zamanı deyildi ki, Namiq Abbasov İrana nümayəndəsini göndərəcək, bu, necə olacaq, həmin nümayəndə daimi əsasda fəaliyyət göstərəcək? Xəzərdə təhlükəsizlik məsələləri necə həll olunacaqdır?

NAMİQ ABBASOV: Siz yenə təfərrüatlara varırsınız. Verdiyiniz suallarla bağlı məsələlər bizim münasibətlərimizin içərisindədir. Biz bu barədə yalnız ölkəmizin Prezidentinə hesabat verə bilərik. O ki qaldı İrana nümayəndə göndərməyə, biz işçi qrupunun üzvü kimi nümayəndə göndərəcəyik, İran da bunu edəcəkdir.

ƏLİ YUNİSİ: Bu sualla əlaqədar mən deyə bilərəm ki, təhlükəsizlik sahəsində biz əməkdaşlıq edirik və bunu hansı şəkildə ediriksə, bu təfsilatı açıqlaya bilmərik. Amma vaxt gələcəkdir ki, siz onun nəticələrini görəcəksiniz.

Xəzər dənizinin statusu ilə bağlı onu deyə bilərəm ki, iki ölkə arasında ekspertlər səviyyəsində danışıqlar və müzakirələr aparılır. İnanırıq ki, nə vaxtsa, yaxşı nəticə əldə olunacaqdır.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO