Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ İQOR İVANOVU QƏBUL ETMİŞDİR

Yanvarın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev Kremldə onun üçün ayrılmış dövlət iqamətgahında Rusiyanın xarici işlər naziri İqor İvanovu qəbul etmişdir. 

Xarici işlər naziri İqor İvanov ali qonağı salamlayaraq dedi ki, Azərbaycanın dövlət başçısının bu səfəri Rusiya-Azərbaycan əlaqələrinin inkişafında böyük rol oynayacaqdır. Nazir vurğuladı ki, səfərin gedişində əldə edilmiş konkret nəticələr - mühüm dövlətlərarası sənədlərin imzalanması Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xidmətidir.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV səmimi sözlərə görə Rusiyanın xarici siyasət idarəsinin başçısına öz minnətdarlığını bildirərək dedi:

- Çox sağ olun, İqor Sergeyeviç. Mən bu dəvətə və səfərimin belə gözəl təşkil edilməsinə, bütün görüşlərə görə ilk növbədə Vladimir Vladimiroviçə öz minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bütün bu görüşlər təşkilati, bizə münasibət, qonaqpərvərlik və dostluq hissləri baxımından çox gözəl keçdi. Burada hər şey ən yüksək səviyyədə təşkil edilmişdir. Bütün bunlar məndə son dərəcə məmnunluq doğurur. Lakin ən başlıcası odur ki, biz fikir mübadiləsi etdik və çox mühüm sənədlər imzaladıq. Ona görə də hesab edirəm ki, Rusiya Prezidenti Putin məni dəvət edəndə və mən buraya gələndə qarşımıza qoyduğumuz məqsədlərə prinsip etibarı ilə tamamilə nail olduq. Mən buradan böyük razılıq, minnətdarlıq, görülmüş işlərdən məmnunluq hissi ilə qayıdıram. Zənn edirəm ki, bir tərəfdən həm Rusiyaya, həm də Azərbaycana, eləcə də bütün başqa ölkələrə Rusiya ilə Azərbaycan arasında dostluq, strateji əməkdaşlıq münasibətləri olduğunu bir daha sübut etmək üçün birgə səylərlə xeyli iş gördük.

Digər tərəfdən isə, bundan sonra da uğurla işləməyimiz üçün çox şey etməyə nail olduq. Ona görə də mən çox razıyam və Prezident Vladimir Putinə və səfərin təşkilinə görə Sizə, - çünki təşkilatçılıq işi sizin xidmətinizdir, - bir daha öz təşəkkürümü bildirirəm.

Rusiyanın xarici işlər naziri İqor İvanov dedi ki, səfərin nəticələri bir tərəfdən bizi məmnun edir, digər tərəfdən isə, iki prezident arasında əldə olunmuş mühüm razılaşmaların əməli surətdə həyata keçirilməsi üçün birgə işləri gücləndirməyi tələb edir. Həm ikitərəfli münasibətlərlə bağlı, həm də bəzi beynəlxalq məsələlər var ki, onların həlli üçün birgə səylər tələb olunur. Nazir bildirdi ki, bütün bu səylər ilk növbədə Dağlıq Qarabağ münasibətinin həlli yollarının axtarılmasına yönədiləcəkdir. Rusiya bu qərarın həm Azərbaycan, region üçün, həm də Rusiyanın özü üçün əhəmiyyətini başa düşür. İqor İvanov bunu da vurğuladı ki, Qafqazda yerli münaqişələr həll edilmədən bu regionda sabitliyə və mehriban qonşuluğa nail olmaq mümkün deyildir. Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də ikitərəfli səviyyədə öz səylərini göstərəcəkdir.

HEYDƏR ƏLİYEV: Xatirinizdədir, dünən mən dəfələrlə qeyd etdim ki, bu, bütövlükdə respublikamız üçün, o cümlədən Rusiya ilə qarşılıqlı münasibətlərimiz, əməkdaşlığımız üçün ən əsas məsələdir. Çünki, dünən həm söhbət zamanı, həm də sonra ziyafətdə dediyim kimi, ictimaiyyətimiz Rusiyadan çox şey gözləyir. Çünki ictimaiyyətimizin və bizim hamımızın fikri belədir ki, Rusiya bu məsələni həlledici mərhələyə gətirib çıxara bilər, yəni qısa desək, Rusiya münaqişənin nizama salınmasında həlledici rol oynaya bilər. Buna görə də ictimaiyyətimizdə belə ümid var, təkcə ictimaiyyətimiz deyil, elə mən də bu fikirdəyəm. Mən buna əminəm və belə qənaətdəyəm. Buna görə də hesab edirəm ki, dünən əldə etdiyimiz razılaşmaları həyata keçirmək lazımdır və siz müsbət nəticələrə nail olmalısınız.

Görüşdə Xəzər dənizinin statusu məsələsində Rusiya ilə Azərbaycanın mövqelərinin yaxınlaşmasından məmnunluq ifadə edildi. Xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi işci qrupunun bu istiqamətdə işi davam etdirmək qərara alındı. Regional və beynəlxalq təşkilatlarda əməkdaşlığın gücləndirilməsinin, humanitar sahədə əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulandı.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir