Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

- Hörmətli xanımlar və cənablar! 

Möhtərəm Vladimir Vladimiroviç, ilk növbədə mən Rusiyaya, Moskvaya dövlət səfərinə dəvət etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mənə, nümayəndə heyətimizin bütün üzvlərinə şəxsən Sizin tərəfinizdən və həmkarlarınız tərəfindən göstərilən diqqətə, qonaqpərvərliyə və qayğıya görə Sizə təşəkkür edirəm. Bütün bunların sayəsində səfər son dərəcə uğurla keçir. Mən səfərin ilk dəqiqəsindən bu ana qədər olan hər şeydən məmnunam.

Biz çox lazımlı, əhəmiyyətli, səmərəli söhbətlər apardıq. Məsələn, dünən axşam Vladimir Vladimiroviçin dəvəti ilə onun evində apardığımız təkbətək söhbəti çox yüksək qiymətləndirirəm. Əslində biz bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq və bütün məsələlərdə, ilk növbədə dövlətlərarası münasibətlər, habelə beynəlxalq həyatla bağlı bir sıra digər məsələlərdə fikirlərimizin tamamilə üst-üstə düşdüyünü aşkar etdik. Bizim bugünkü təkbətək söhbətimiz də bu məsələlərin müzakirəsini davam etdirməyə imkan verdi. Mən bütün bunlardan məmnunam. Nəhayət, nümayəndə heyəti üzvlərinin iştirakı ilə keçirdiyimiz görüş gələcək əməkdaşlıqla bağlı fəaliyyətimizin istiqamətlərini daha ətraflı müəyyənləşdirməkyə imkan yaratdı.

Mən müzakirə etdiyimiz və razılığa gəldiyimiz məsələlər barəsində prezident Putinin dediyi fikirlərin hamısı ilə tam razıyam. Ona görə də mən bunları təkrarlamaq istəmirəm, lakin demək istəyirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə xüsusi diqqət yetirdik. Mən məmnunam ki, Rusiya Federasiyası və şəxsən Prezident Putin bu məsələyə böyük diqqət yetirir və fəal tədbirlər görür. Mən ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin,- Rusiya da həmsədrdir,- gələcəkdə öz səylərini artıracağına, habelə Prezident Putinin bundan sonra da bu məsələdə səy göstərəcəyinə ümid bəsləyirəm. Bu barədə biz fikir mübadiləsi etdik və mən buna ümid edirəm, çünki Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, təbiidir ki, bizim üçün həyati əhəmiyyətə malikdir. Lakin bu məsələ bütün Qafqaz üçün də böyük əhəmiyyət kəsb edir. Deməli, təkcə Qafqaz üçün deyil, həm də bütün Avropa üçün əhəmiyyətlidir. Rusiya, şübhəsiz ki,Qafqaz ölkəsidir və bu məsələnin həm Rusiyaya, həm də bütün Avropaya bilavasitə dəxli var. Hesab edirəm, bizim ictimaiyyətimiz də bu fikirdədir ki, Rusiya bu məsələdə mühüm və bəlkə də, həlledici rol oynaya bilər.

Ona görə də biz bu istiqamətdə Rusiyanın səylərinin daha da güclənəcəyinə ümid bəsləyəcəyik. Əlbəttə, biz mühüm məsələ kimi, Xəzərin hüquqi statusu məsələsi barədə də fikir mübadiləsi apardıq. Mən məmnunam ki, bu barədə Rusiyanın və Azərbaycanın mövqeləri eynidir, bizim mövqelərimiz Qazaxıstanla da uyğun gəlir. Məsələn, mən məmnunluqla xəbər tutdum ki, Rusiya ilə Qazaxıstan arasında nəinki prinsiplər, həm də orta xəttin koordinatları müyyən edilmişdir. Bu gün biz də elə həmin məsələ barəsində razılığa gəldik və Vladimir Vladimiroviç təşəbbüs göstərdi ki, Xəzərlə əlaqədar Rusiya ilə Azərbaycan arasında da bu cür iş aparaq. Ümidvaram ki, bizim birgə səylərimiz və əlbəttə ki, Rusiya Federasiyasının geniş fəaliyyəti ümumən Xəzərin hüquqi statusu haqqında məsələnin həllinə gəlib çıxmağımıza imkan verəcəkdir.

O ki qaldı humanitar sahədə münasibətlərimizə, bunlar yaxşı vəziyyətdədir. Düşünürəm ki, bu münasibətlər Rusiyada da, Azərbaycanda da məmnunluq doğurur. Mədəniyyət, incəsənət, elm xadimləri arasındakı əlaqələr, Azərbaycanda Rusiya mədəniyyəti günləri, Rusiyada, Moskvada, Rusiyanın digər regionlarında Azərbaycan mədəniyyəti günləri keçirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malikdir. Biz bu praktikanı davam etdirəcəyik. Lakin əlaqələrimiz, əməkdaşlığımız, şübhəsiz, bir çox digər məsələləri əhatə edir və bunlarla bağlı heç bir problemimiz yoxdur. Söhbətlərimiz zamanı da biz səylərimizi gücləndirmək barədə razılığa gəldik.

Hesab edirəm ki, bizim bugünkü görüşümüz Rusiya-Azərbaycan münasibətləri tarixində çox mühüm yer tutacaqdır. Lakin bunun bünövrəsi ötən il, Rusiya Prezidenti hörmətli Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfəri zamanı qoyulmuşdur. Açığını deyəcəyəm, bu səfərin bizim üçün tarixi əhəmiyyəti var. Zənnimcə, o, Rusiya üçün də çox böyük əhəmiyyətə malikdir, Rusiya-Azərbaycan münasibətləri üçün də müstəsna əhəmiyyətə malikdir. Əslinə qalsa, bu səfər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin, əməkdaşlığın yeni mərhələsinin əsasını qoymuşdur. Ötən dövr ərzində biz münasibətlərimizi intensivləşdirə bilmişik və bu münasibətlər bugünkü görüşə və indicə qol çəkdiyimiz mühüm sənədlərin imzalanmasına gətirib çıxarmışdır.

Vladimir Vladimiroviç kimi, mən də sənədlər sırasında Uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqaviləyə və Qəbələ RLS-in hüquqi statusu haqqında sazişə çox böyük əhəmiyyət verirəm. Mən hesab edirəm ki, biz birlikdə xeyli iş gördük və bu radiolokasiya stansiyasının gələcək fəaliyyəti üçün lazım olan bütün hüquqi şəraiti yaratdıq. Biz bu sahədə də, müdafiə və hərbi fəaliyyətlə bağlı digər sahələrdə də əməkdaşlığımıza gələcəkdə də kömək edəcəyik.

Vladimir Vladimiroviç, bir daha çox sağ olun. Dəvətinizə görə, bu gün imzalanmış sənədlərə görə, əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə dair təkliflərinizə görə, bizə və şəxsən mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Çox sağ olun.

V L A D İ M İ R P U T İ N: Mən də öz tərəfimdən həm Prezidentə, həm də bütün nümayəndə heyətinə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Mən, zənnimcə, bugünkü münasibətlərimizi səciyyələndirən bir məqamı vurğulamaq istəyirəm. Bu, ilk baxışdan kiçik bir məsələ olsa da, təkrar edirəm, bütün qarşılıqlı əlaqələrimizin bütün kompleksini səciyyələndirir. Ötən dəfə biz Heydər Əliyeviçlə görüşəndə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın bizdən metro vaqonları alması barədə danışdıq. Rusiya 2002-ci ilin büdcəsində metro vaqonları alması üçün Azərbaycan tərəfinə hətta kredit resursları da nəzərdə tutmuşdur. Bu gün danışıqlarımız zamanı mən bu barədə Prezidentə məlumat verəndə o dedi: “Bizə kredit lazım deyil, biz öz büdcəmizdə artıq bunu nəzərdə tutmuşuq, biz vaqonları birbaşa alacağıq”. Zənnimcə, əgər biz qarşılıqlı əlaqələrimizin bütün istiqamətlərində işə belə hazırlıq nümayiş etdirsək, əlaqələrimizin bütün kompleksində çox fəal surətdə irəliləyəcəyik.

H E Y D Ə R Ə L İ Y E V: Vladimir Vladimiroviç, yayda Sankt-Peterburqda görüşə dəvət etdiyinizə və dahi Azərbaycan şairi Nizaminin abidəsi artıq hazır olduğuna görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Yayda Peterburqda görüşərkən biz həmin abidəni birlikdə aça bilərik. Aleksandr Sergeyeviç Puşkinə Bakıda ucaltdığımız gözəl abidə kimi,

bu abidə də, sözsüz, Rusiya-Azərbaycan dostluğunun, xalqlarımız arasında dostluğun daha da inkişaf etməsinə kömək göstərəcəkdir.

Çox sağ olun.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir