Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ŞƏKİYƏ SƏFƏRİ

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Şəkidə tikintisi başa çatmış Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmək üçün noyabrın 8-də ölkəmizin bu qədim şəhərinə yola düşmüşdür. 

Maşın karvanının keçdiyi rayon və kəndlərin sakinləri dövlətimizin başçısını salamlamaq, ona hörmət və ehtiramını bir daha ifadə etmək üçün yolların kənarına çıxmışdılar.

İsmayıllı şəhərinin girəcəyində, xalça sexinin qarşısında rayonun minlərlə sakini toplaşmışdı. Prezident Heydər Əliyevi müşayiət edən maşın karvanı burada dayandı. İsmayıllılar dövlətimizin başçısını böyük mehribanlıqla, hərarətlə salamladılar. Prezident HEYDƏR ƏLİYEV rayon sakinlərini səmimiyyətlə salamlayaraq, hal-əhval tutdu:

-Necəsiniz? Kefiniz, əhvalınız necədir? Təsərrüfatda işləriniz nə cürdür?

YERDƏN SƏSLƏR: Çox sağ olun, var olun, yaxşıyıq, şükür Allaha, hər şey yaxşıdır. Allah canınızı sağ eləsin. Hər şey qaydasındadır.

Cənab Prezident, torpağı şumlamışıq, toxum səpmişik.

HEYDƏR ƏLİYEV: Hərənin öz torpağı var, öz mal-qarası var? Kəndlərdə evlər tikilir?

YERDƏN SƏSLƏR: Bəli var. Evlər tikilir, hər şey yaxşıdır.

ƏHLİMAN TAĞIYEV (rayon icra hakimiyyətinin başçısı): Cənab Prezident, icazənizlə məlumat vermək istəyirəm. İsmayıllı rayonunda 200 min başdan çox davar, 70 min başa yaxın qaramal var. Əhalimizin sayı 76 minə yaxındır. Adambaşına təxminən bir qaramal düşür.

HEYDƏR ƏLİYEV: Əhaliniz 70 mindir?

ƏHLİMAN TAĞIYEV: Cənab Prezident, 76 min nəfərə yaxındır. Sizin apardığınız uğurlu aqrar islahatlar nəticəsində bu il 66 min tondan çox taxıl götürüblər. Gələn il bundan da çox məhsul gözlənilir. Çünki, aparılan işlər uğurlu nəticə əldə etməyə əsas verir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il əlavə 5 min hektar sahədə səpin aparılıbdır. 4 min hektardan çox sahədə də şum aparmışıq.

Cənab Prezident, aqrar islahatlar sayəsində çox uğurlu nəticələr əldə olunur. Amma kənd təsərrüfatından əldə edilən məhsulları satmaq üçün rayonda geniş yerlər lazımdır.

HEYDƏR ƏLİYEV: Bəs nə üçün bunu etmirsiniz?

ƏHLİMAN TAĞIYEV: Cənab Prezident, sosial-iqtisadi inkişafla bağlı müvafiq proqram hazırlanıbdır.

HEYDƏR ƏLİYEV: Bu işdə sizə bir kömək lazımdırmı, yoxsa özünüz görməlisiniz?

ƏHLİMAN TAĞIYEV: Proqram təqdim olunubdur, işlər artıq gedir. Sizin tapşırığınız və tövsiyələrinizlə rayonumuzda xeyli abadlıq və təmizlik işləri aparılıbdır. Camaat buradadır, yəqin ki, onlar özləri də deyərlər. Bu işlər davam etdirilir. Yeni layihələrimiz var. Şəhərimizdə bir balaca su problemi də var. Mütəxəssislər gəldilər, birlikdə işlədik, təkliflərimizi təqdim etmişik. 1 milyard manatadək vəsait lazımdır ki, təxminən 6,5 kilometrlik məsafədən yeni su xətti çəkilsin.

HEYDƏR ƏLİYEV: Rayon mərkəzinə su xətti çəkmək istəyirsiniz?

ƏHLİMAN TAĞIYEV: Şəhərin üst hissəsində təzə evlər inşa olunubdur. Əvvəlki su xətti tələbatı tam təmin etmir.

HEYDƏR ƏLİYFV: Şəhərin üst hissəsi bu gördüyümüz yerdir?

ƏHLİMAN TAĞIYEV: Bəli. Orada yaşayanların su təchizatında bir az problem var. İstəyirik ki, yeni su kəməri çəkək və onu şəhərin həmin hissəsi ilə birləşdirək. Bununla da problem tamamilə aradan qaldırılar.

Cənab Prezident, sosial problemlərin həllində də xeyli irəliləyiş var. Şəhərin mərkəzinə qaz verilibdir, elektrik enerjisi ilə təchizat son vaxtlar yaxşılaşıbdır. Əhalimiz də bilir ki, şəhərə qaz verilməsi İlham müəllimin təşəbbüsü ilə olubdur. Onun göstərdiyi bu qayğını yerlərdə çox yüksək qiymətləndirirlər. Rayonun qazla təmin olunması çox böyük nailiyyətdir.

HEYDƏR ƏLİYEV: Keçmişdə sizin üzümünüz çox idi. İndi baxıram ki, üzüm bağları yoxdur, ya azalıbdır.

ƏHLİMAN TAĞIYEV: Demək olar ki, yoxdur. Kimlərsə, həyətyanı sahələrində fərdi qaydada saxlayıbsa, onlarda var. İvanovkada isə, onlar...

HEYDƏR ƏLİYEV: İvanovka öz yerində. Onlar hər şeyi saxlayıblar. Üzümçülüyü də, taxılçılığı da, kolxozu da saxlayıblar. Mən onlara icazə vermişəm, onlarla işiniz olmasın. Onlar orada hər şeyi yaxşı edirlər, yaxşı yaşayırlar. Kənddə camaat yaxşı yaşayır. İşiniz olmasın, kömək edin.

Demək, taxıl əkirsiniz, ondan başqa bitki yoxdur?

ƏHLİMAN TAĞIYEV: Cənab Prezident, bizdə meyvə də var. Bu il rayonumuzda 8 min tondan çox meyvə yığılıbdır.

HEYDƏR ƏLİYEV: Almadır, nədir?

ƏHLİMAN TAĞIYEV: Təkcə alma deyil, müxtəlif meyvələrdir. Emal müəssisəmiz olsa, meyvə bundan da çox olar. Məsələn, bizim meşələrdə də çoxlu meyvə var.

HEYDƏR ƏLİYEV: Elə onu soruşmaq istəyirdim. Sizin meşələrdə çoxlu meyvə var.

ƏHLİMAN TAĞIQEV: Camaat onu yığı bilmir. Elə rayonun özündə emal müəssisəsi yaradılsa...

HEYDƏR ƏLİYEV: Daha sizə emal müəssisəsini dövlət yaratmayacaqdır. İndi sizdə bu qədər adamlar var, taxıl əkirsiniz, hər nəfərə bir qaramal düşür. Bunun özü böyük bir şeydir. Keçmişdə, sovet dövründə belə bir şey olmayıbdır. Bilmirəm, sovet dövründə burada nə qədər iri buynuzlu mal-qara olubdur.

ƏHLİMAN TAĞIYEV: Cənab Prezident, 25-30 min başa yaxın idi.

HEYDƏR ƏLİYEV: 25-30 min baş, amma indi 70 min başdır. Davar əvvəllər 100 min baş olubdur, indi 200 min başa yaxındır. Amma bunun keyfiyyəti başqa cürdür. O vaxt kolxoz-sovxozda olanda inəyin çəkisi də elə deyildi. Bu qədər süd, bala da vermirdi. Bir tərəfdən, yaxşı baxmırdılar. Mən özüm o illər respublikaya rəhbərlik eştmişəm, nailiyyətlərimiz olub, amma o dövrün qüsurlarını da bilirəm. İkinci tərəfdən isə, belə də olmalı idi. O vaxt adamlar kolxozda işləyirdilər, amma işləməyənlər də vardı. Hesabdardı, nə bilim, onun köməkçisi idi, kolxoz sədri idi, onun müavini idi, briqadir idi və sair -bunların hamısı da gərək o adi kolxozçudan çox yeyəydi. Elədirmi? Burada belələri var, bilirlər ki, keçmişdə necə olubdur. Ona görə də, məsələn, biz çalışırdıq ki, qaramalın çəkisi, nə bilim, filan qədər olsun, bunu edə bilmirdiniz. Nəzərdə tuturduq ki, hər inəkdən filan qədər bala alınsın, ala bilmirdiniz. O vaxt çobanlar var idi, biz onları irəli çəkmişdik. Yüz qoyundan 130, nə bilim 140 bala almaq böyük nailiyyət idi.

Amma indi mal-qaraya özü baxır, balasını da özü alır, onun inəyi də ətli olur, sonra danası da ətli olur, qoyunu da, keçisi də, hamısı... Çünki hamısı özünündür. Torpaqda da canla-başla işləyir. Çünki özü üçün işləyir, başqa adam üçün işləmir. Biz kənd əhalisini bütün vergilərdən azad etmişik. Torpaq vergisindən savayı, heç bir vergi vermirsiniz. Mən 3-4 il bundan qabaq Fərman verdim, vergidən azad etdim. Ona görə də indi, əlbəttə ki, gəlir əvvəlkindən qat-qat artıqdır. Sən burada çox gözəl dedin, biz bu islahatları, torpaq islahatını ondan ötrü keçirmişik.

İndi sən deyirsən, müəssisə lazımdır ki, meyvəni emal etsin. Meşədə çoxlu meyvələr var, onlar toplansın, emal olunsun. Müəssisəni artıq dövlət yaratmayacaqdır. Müəssisəni sizin bax, bu sahibkarlar ki, var - kiçik və orta sahibkarlar, bunların biri, yaxud ikisi-üçü bir yerə yığışıb, pul qoyub o müəssisəni tikib yaratsın, işlətsin, məhsulu emal etsin, həmin emaldan gəlirini, pulunu götürsün. Bunun yolu budur. Bunu da etmək çətin deyildir. Amma mən bilirəm, sizin insanların çoxu hələ bu sahibkarlıq keyfiyyətini əldə edə bilməyibdir. Bunu öyrənə bilməyiblər.

Yadımdadır, mən bir müddət Naxçıvanda işləyəndə, 1991-1992-ci illərdə, 1993-cü ildə mən özüm, qanun-zad olmadan, bəzi dağ kəndlərində kolxozları ləğv etmək istəyirdim. Bir-İki dağ kəndinə getmişdim. Görürdüm ki, orada kolxoz heç nə vermir. Camaatı yığdım və dedim ki, kolxozu ləğv etmək istəyirəm. Mənə dedilər ki, yox, ləğv etmə. Soruşurdum, niyə? Mənə dedilər ki, bu, kolxozun gözətçisidir, heç olmasa, filan qədər maaş alır. Amma o, başa düşmürdü ki, kolxozu ləğv edəndə qazancı ondan çox alacaq. Daha gəlib gözətçi durmayacaq, gedib torpaqda işləməlidir, mal-heyvan saxlamalıdır. Keçmişin bu psixologiyası hələ insanlarda yaşayır. Amma daha bundan ayrılmaq lazımdır. Gərək hər kəs çalışsın ki, öz həyatını yaxşı qurmaq üçün şəxsi mülkiyyəti ilə, şəxsi zəhməti ilə zənginləşsin. Özünə daha da yaxşı şərait yaratmaq, yaxşı ev tikmək, uşaqlarına yaxşı şərait yaratmaq üçün zənginləşsin, eyni zamanda, sahibkar olsun, iş görsün.

İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir. Vaxtilə torpaq, mal-heyvan əldən alınmışdı, gərək kolxozda işləyəydin, pul alaydın... Bunlar artıq getdi. İndi hamıya sərbəstlik verilibdir. Ona görə də mən sənə məsləhət görürəm ki, rayondan 10-15 bacarıqlı adam tap. Elə adamlar tap ki, öz şəxsi mülkiyyəti ilə müəyyən qədər kapital qazanıblar. Onlara kömək et, lazım olsa, deyərəm, bizdən də kömək edərlər.

 

Məsələn, meyvə emalı müəssisəsi yaratsınlar, başqaları yığışsın, ayrı müəssisə yaratsınlar. Çünki siz buradakı gözəl meyvələrinizin hamısını aparıb bazarda sata bilməyəcəksiniz. Amma emal edib, onlardan gözəl konservlər, şirələr və sair hazırlayıb satanda, onun qiyməti xeyli artacaqdır. Amma təkcə meyvə deyil, başqa məhsulları da emal etmək olar. Sən su çəkmək deyirsən, ona kömək etmək olar. Ancaq gəlib müəssisə tikmək, yox, dövlət daha bu işlərlə məşğul olmur və olmayacaqdır. Biz hər şeyi xalqa vermişik. Xalqa, əhaliyə vermişik. Kimin bacarığı var, gəlsin, ortaya çıxsın, müəssisə də yaratsın, zavod da yaratsın, fabrik də yaratsın, sahibkar olsun.

Siz bilirsiniz ki, mən aprel, may aylarında sahibkarlarla böyük görüşlər keçirdim. Onları dinlədim, dərdlərini öyrəndim. Ondan sonra geniş təhlil apardım və Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün 7-8 böyük fərmanlar verdim. O fərmanlarda sahibkarlar üçün güzəştlər nəzərdə tutulubdur. Lazımdır ki, siz burada bunları təbliğ edəsiniz. Hər rayonun gərək özünün sahibkarlar qrupu yaransın. Elədirmi?

ƏHLİMAN TAĞIYEV: Cənab Prezident, bəli, elədir.

HEYDƏR ƏLİYEV: Mənə nə sözünüz var?

YERDƏN SƏSLƏR: Sizə cansağlığı arzulayırıq. Sağ olun, Allah Sizdən razı olsun.

HEYDƏR ƏLİYEV: Siz bizim hökumətin siyasətini, mənim siyasətimi bilirsiz?

YERDƏN SƏSLƏR: Bilirik və dəstəkləyirik.

HEYDƏR ƏLİYEV: Bəyənirsiz?

YERDƏN SƏSLƏR: Bəyənirik.

HEYDƏR ƏLİYEV: Bəlkə bir etirazınız var?

YERDƏN SƏSLƏR: Xeyr.

HEYDƏR ƏLİYEV: Biz dövlətin işlərini düz aparırıq, yoxsa yox?

YERDƏN SƏSLƏR: Düz aparırsınız, əla...

HEYDƏR ƏLİYEV: Səmimi deyirsiniz?

YERDƏN SƏSLƏR: Bəli, səmimi deyirik, ürək sözümüzdür.

HEYDƏR ƏLİYEV: Bu, hamının fikridir?

YERDƏN SƏSLƏR: Bəli, hamının fikridir.

HEYDƏR ƏLİYEV: Mən də 9 ildir ki, Prezident kimi Azərbaycana rəhbərlik edirəm, amma Prezident deyəndə, hamı elə bilir bu, asan işdir. Bilirsinizmi, Prezident nə qədər çox əziyyət çəkir? Siz onu bilmirsiniz. Heç bilə də bilməzsiniz. Hər şey mənim üzərimdədir: həm xarici siyasət, həm daxili siyasət, həm Ermənistan-Azərbaycan münaqişəsinin aradan götürülməsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi, ordunun qurulması, nə qədər işlər var... Amma mən sizə deyə bilərəm ki, Azərbaycanda iqtisadiyyat ilbəil inkişaf edir, insanların rifah halı yaxşılaşır, qarşıya qoyduğumuz vəzifələrin hamısını yerinə yetiririk və güman edirəm ki, bundan sonra daha da yaxşı olacaqdır. Ölkənin gəlirləri artır, bilirsiniz ki, biz neft strategiyasını həyata keçiririk, indi bundan böyük gəlirlər alırıq və gələcəkdə daha da çox gəlir alacağıq. Xarici ölkələrin şirkətləri gəlib Azərbaycanda fəaliyyət göstərirlər. Bunlardan da ölkəmiz, təbiidir ki, öz mənfəətini götürür. Bu işlərin hamısını qurmuşuq və respublikamız, yəni ölkəmiz artıq müstəqil bir dövlət kimi yaşayır. Biz indi müstəqilik, azadıq, heç kəsdən asılı deyilik, azərbaycanlıyıq, Azərbaycan xalqıyıq, millətiyik. Bizim öz torpağımız, ölkəmiz var və bu ölkədə hamımız yaşayırıq. Bundan sonra da və daha da yaxşı yaşayacağıq.

 

Mən sizin hamınıza cansağlığı, səadət, bütün işlərinizdə uğurlar arzu edirəm və ümidvaram ki, sizin də hər birinizin, hər bir ailənin işləri get-gedə yaxşı olacaqdır. Sağ olun.

YERDƏN SƏSLƏR: Cənab Prezident, Sizə yaxşı yol arzulayırıq.

X X X

İsmayıllıda olduqca səmimi keçən görüşdən sonra Prezident Heydər Əliyevi müşayiət edən maşın karvanı respublikamızın daha bir dilbər guşəsi olan Qəbələ rayonuna yola düşdü. Yolboyu kəndlərin əhalisi xalqımızın və müstəqil dövlətimizin etibarlı gələcəyinin təminatçısı, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi qarşılamağa çıxmışdı.

Maşın karvanı Qəbələ rayonunun iri yaşayış məntəqələrindən olan Vəndam kəndində dayandı. Qəbələ şəhərinin, yaxın kəndlərin yüzlərlə sakini, Vəndam camaatı, o cümlədən ağsaqqallar Azərbaycan Prezidentini böyük ehtiram və məhəbbətlə qarşıladılar. İnsanlar hədsiz sevinclərini gizlətmədən dövlətimizin başçısını ürəkdən salamlayır, onlarla görüşdüyünə görə dönə-dönə minnətdarlıqlarını bildirirdilər.

KƏND AĞSAQQALI: Cənab Prezident, xoş gəlmisiniz! Allah canınızı saf etsin, uzunömürlü olasınız!

HEYDƏR ƏLİYEV: İlham müəllimi tanıyırsınız da.

KƏND AĞSAQQALI: İlham müəllim bizim ürəyimizdir.

HEYDƏR ƏLİYEV: Necəsiniz, nə var, nə yox? Bura rayonun mərkəzidir, yoxsa?

YERDƏN SƏSLƏR: Xeyir, bura Vəndam kəndinin mərkəzidir. Bu kəndin 8 min əhalisi var. 7 kəndi əhatə edir.

HEYDƏR ƏLİYEV: 8 min ? Mənimlə görüşə gəldiyinzə görə sağ olun, təşəkkür edirəm. Mən sizin hamınızı salamlayıram. Hamınıza xoş arzularımı, hörmət-ehtiramımı bildirirəm.

YERDƏN SƏSLƏR: Çox sağ olun, biz Sizə çox minnətdarıq.

HEYDƏR ƏLİYEV: Görürəm, Vəndam böyük kənddir, 8 min əhalisi var, eyni zamanda çox gözəl təbiəti olan bir yerdir. Mən keçmişdə də bu yolla gəlmişəm. Yəqin ki, bilirsiniz, vaxtilə bu yolun açılmasını da mən təmin etdim. Yadınızdadırmı? 1980-ci illərdə mən təmin etdim. Əvvəllər bu yol yox idi. Siz o biri yolla Bakıya gedirdiniz.

YERDƏN SƏSLƏR: Bəli, Ağdaşdan, Göyçaydan Bakıya gedirdik.

HEYDƏR ƏLİYEV: Ağdaşdan, Göyçaqdan keçib Bakıya gedirdiniz. Yolunuz nə qədər uzaq olurdu. Elədirmi? Biz bu yolu açdıq, bir neçə körpü tikdik, burada işlədiyim əvvəlki dövrün son illəri -1981-1982-ci illər idi. Mənim yadımdadır, bu yolun çəkilməsini xahiş etmişdilər, mən də bunu etdim. İndi Bakıya yolunuz qısalıbdır. Özü də yol belə gözəl meşənin içindən keçir. Adam baxır, deyir ki, burada təbiət nə gözəldir. Siz belə bir yerdə yaşayırsınız. Belə yerdə yaşayan adamlar da həm fiziki cəhətdən, həm də əqli cəhətdən sağlam olur, həm də ki, zəhmətkeş, fədakar olur, elədirmi?

KƏND AĞSAQQALI: Mənim yaşım 90-dan yuxarıdır.

 

HEYDƏR ƏLİYEV: 90-dan yuxarı yaşın var... A kişi, nə danışırsan?

KƏND AĞSAQQALI: Bəli, adım da Süleymandır. Əmirov Süleyman Mikayıl oğlu.

HEYDƏR ƏLİYEV: Maşallah!

SÜLEYMAN ƏMİROV: Biz həmişə Sizə duaçıyıq.

HEYDƏR ƏLİYEV: Övladın var?

SÜLEYMAN ƏMİROV: Var. Nəvəm də var, cəbhə bölgəsindədir, mayor rütbəsindədir, 400-500 əsgəri var.

HEYDƏR ƏLİYEV: Maşallah. Çox sağ ol. Təşəkkür edirəm ki, nəvən cəbhə bölgəsindədir. 90 yaşında... Bəlkə mən də gəlib burada yaşayım, 90 yaşa qədər çatım. Sizin əkdiyiniz nədir, taxıldır?

YERDƏN SƏSLƏR: Taxıldır, qarğıdalıdır.

HEYDƏR ƏLİYEV: Mal-qaranız var?

YERDƏN SƏSLƏR: Var.

HEYDƏR ƏLİYEV: İndi kolxoz, sovxoz ləğv olundu. Vaxtilə, o illərdə mən işləyəndə, yadınızdadır, bunların hamısı vardı. İndi hər şey dəyişilibdir. Biz müstəqil olduq, bazar iqtisadiyyatı yolu ilə gedirik. Şəxsi mülkiyyəti təmin etmişik, torpağı, mal-qaranı kəndlilərə paylamışıq, insanlara sərbəstlik vermişik. Kim bundan istifadə etməyi bacarırsa, işləyirsə, vəziyyəti də yaxşıdır. Amma kim bunu bacarmırsa...

Keçmişdə, bizim o sistemdə, - mən özüm 25-30 il həmin sistemin rəhbəri olmuşam, - belə idi ki, 15-i işləyirdi, 15-i də onların hesabına yaşayırdı. Elədirmi? İndi o yoxdur. İndi hər şey insanların özünə verilibdir. Kim bunlardan istifadə edə bilirsə, yaxşı yaşayır. Kim istifadə edə bilmirsə, yaxşı yaşamır. O ki qaldı rayon mərkəzlərinə, şəhərlərə, bəli, buralarda torpaq, heyvan yoxdur, belə yerlərdə işsizlik var, bu, təbiidir. Bunun da səbəbləri var. Amma biz çalışırıq ki, rayon mərkəzlərində, şəhərlərdə iş yerləri açaq. Bu da asan deyildir. Çünki indi dövlət müəssisələrini yaratmaq olmaz. Olanların da, bilirsiniz ki, bir hissəsi dağılıb getdi, bir hissəsi istənilən səviyyədə işləmir. Çünki onların hamısı sovet sosialist sisteminə uyğunlaşdırılmışdı. İndiki bazar iqtisadiyyatı şəraitində və bütün başqa ölkələrlə, yəni kapitalist ölkələri ilə əlaqələrə girmişik, biz onların yaşadıqları kimi yaşamalıyıq və yaşamaq istəyirik. Ona görə də, əlbəttə ki, indi çətinliklər var.

ASİF HAŞIMOV (kənd bələdiyyəsinin başçısı): Cənab Prezident, Sizə məlumat üçün bildirmək istəyirəm ki, islahatdan əvvəl kəndimizdə 6 kombayn vardı, indi 8 kombayn var. Qonşu kənddə iki xarici kombayn da var. Taxıl yığımı zamanı kombayn sarıdan bir az çətinlik olur, amma təcili də aradan qaldırılır. Yadıma gəlir ki, kolxoz dövründə biçin kampaniyası avqust ayının axırına qədər davam edirdi. İndi biçin iyulun ortalarında qurtarır. Keçən il Qəbələ rayonu 42 min ton taxıl istehsal etmişdi. Bu il də Qəbələnin ehtiyacını ikiqat, üçqat ödəyəcək taxılımız var.

HEYDƏR ƏLİYEV: Qəbələ rayonu nə qədər taxıl verir?

ASİF HAŞIMOV: Keçən il 42 min ton taxıl istehsal etmişik. Bu il isə üç ay dalbadal yağış yağdığına, hava şəraiti əlverişsiz keçdiyinə görə taxıl qismən az oldu. Amma Qəbələ camaatının ehtiyacından çoxdur. Burada çörək problemi yoxdur. Camaat arzu edərdi ki, burada turizmin inkişafı sahəsində iş görülsün. Bizim çox gəzməli, görməli yerlərimiz var. O yerlərə müəyyən investisiya qoyulsa, özümüz də bacardıqca kömək edib problemləri aradan qaldıracağıq. Hər halda, kəndimizin 4-5 il bundan əvvəlki vəziyyəti ilə bugünkü görünüşünü müqayisə edənlər bilirlər ki, burada gündən-günə inkişaf var. İndi bizim kəndimizdə mobil telefon xidmətindən istifadə etmək üçün gördüyünüz bu qurğu da quraşdırılmışdır. Bu AZƏRCELL rabitə xidməti üçündür.

HEYDƏR ƏLİYEV: Bu, sənin cib telefonun üçündür? Burada neçə adamda cib telefonu var?

ASİF HAŞIMOV: Kəndimizdə 400-500 nəfərdə cib telefonu var.

HEYDƏR ƏLİYEV: Bir kənddə?

YERDƏN SƏSLƏR: Bəli.

HEYDƏR ƏLİYEV: Əhalinin vəsaiti olmasa, cib telefonu saxlaya bilər?

Məsələlər var, bunları həll etmək olar. Məsələn, televiziya ötürücüsü məsələsini həll etmək mümkündür. Elektrik enerjisində bir neçə ildir ki, çətinliklər var. Amma siz təsəvvür edin, əgər vaxtilə biz- bunu deyirəm ki, siz bir də biləsiniz, bunları əvvəllər Azərbaycanda işləyəndə mən özüm etmişəm,- böyük elektrik stansiyalarını tikməsəydik, Sovet İttifaqı dağılandan və biz müstəqil olandan sonra elektrik enerjimiz heç olmazdı. O vaxtlar tikmişik, indi onlardan istifadə olunur. Ancaq onların bəziləri artıq köhnəlir, bəzisini təmir etmək lazımdır. Amma siz indi az-çox elektrik enerjisi alırsınız. Pulunu verirsinizmi?

YERDƏN SƏSLƏR: Qismən veririk.

HEYDƏR ƏLİYEV: Amma siz bilməlisiniz ki, Azərbaycan üzrə bütün əhali işıq və qaz pulu, su pulu vermədiyinə görə, hökumət məcbur olur ki, büdcədən 350 milyon dolları həmin elektrik enerjisini istehsal etmək, qaz almaq üçün, - biz qazı Rusiyadan da alırıq,- su üçün vəsait ayırır. Gələn il üçün bizim büdcəmizin ümumi həcmi 1 milyard 200 milyon dollar nəzərdə tutulur. İndi təsəvvür edin, əgər biz qaz, işıq, su pulunu əhalidən ala bilsəydik, bu 350 milyon dolları biz ora xərcləməzdik, camaatın vəziyyətinin yaxşılaşdırılmasına yönəldə bilərdik. Siz bilməlisiniz, biz elektrik enerjisini istehsal edirik, onun dəyərinin əksər hissəsini ala bilmirik. Təbii qazı Rusiyadan da alırıq, paylayırıq, pulunu yığa bilmirik. Keçid dövrünün bu cür çətinlikləri var. Sizin kəndə qaz gəlir, yoxsa yox?

YERDƏN SƏSLƏR: Rayon mərkəzinə qaz gəlir.

HEYDƏR ƏLİYEV: Mənə dair başqa sözünüz varmı?

YERDƏN SƏSLƏR: Sizin sağlığınızı istəyirik, yolunuz açıq olsun! Bizimlə görüşdüyünüzə görə çox sağ olun.

HEYDƏR ƏLİYEV: Yaxşı, bu dediyiniz sözlərdən savayı, hökumətə deyiləsi sözünüz, hökumətin fəaliyyəti haqqında nə kimi fikriniz var?

YERDƏN SƏSLƏR: Qəbələ rayonunda tütün istehsalına kömək etmək lazımdır.

HEYDƏR ƏLİYEV: Keçmişdə tütün fabrikləri vardı. Onlar bu tütündən o keyfiyyətdə siqaret istehsal edə bilmirlər. Buna görə vəziyyət belədir. Başa düşürsünüzmü? Amma bununla mən onu demək istəmirəm ki, biz çıxılmaz vəziyyətdəyik. Biz məsələləri həll edəcəyik. Amma bunun səbəblərini bilməlisiniz. Səbəbləri nədir? Əvvəllər, sovet vaxtı, ola bilərdi ki, adamların 1 faizi xarici siqaret çəkirdi. İndi kimi görürsən, xarici siqaret çəkir. Ona görə siz bunları bilməlisiniz. Amma mən də bilirəm. Bu işləri vaxtilə mən təşkil etmişəm. Mən 1969-cu ildə Azərbaycanda rəhbər işə başlayanda ildə cəmi 8 min ton tütün istehsal olunurdu. Mən isə onu 50 min tona qaldırdım. Başa düşürsünüzmü? Bu sahədən də çoxlu gəlir götürülürdü. Tütündən gələn gəliri başqa sahələrin heç birindən almaq mümkün deyildi. Çalışacağıq ki, bunları da həll edək. Siz öz imkanlarınızdan maksimum istifadə etməyə çalışın, biz bu dövrü keçəcəyik və hamı üçün hər şey yaxşı olacaqdır. Baxıram, maşallah, hamınız sağ-salamatsınız, gümrahsınız, gözəlsiniz. Ac-susuz yoxdur.

YERDƏN SƏSLƏR: Ömrünüz uzun olsun, sağ olun.

HEYDƏR ƏLİYEV: Arzularınıza görə çox sağ olun, sizə təşəkkür edirəm. Mən də çalışacağam ki, sizin bu dualarınız yerinə yetsin, ömrüm uzun olsun, bundan sonra sizinlə birlikdə daha da çox işlər görək. Sağ olun. Təşəkkür edirəm.

YERDƏN SƏSLƏR: Cənab Prezident, sağ olun, Sizə uzun ömür, cansağlığı, yaxşı yol arzulayırıq.

X X X

Vəndam kəndinin sakinləri Prezident Heydər Əliyevlə mehribanlıqla sağollaşdılar.

Dövlətimizin başçısı Heydər Əliyev elə həmin gün axşam Şəkiyə gəldi.

AZƏRTAC

Foto Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir