Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni avtomobillərə baxış keçirmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni avtomobillərə baxış keçirmişdir

Bakı, 6 iyun (AZƏRTAC). Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Avropa standartlarına cavab verən müasir avtomobillərin növbəti hissəsi paytaxta gətirilib.

İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni avtomobillərə baxış keçirmişdir.

Dövlətimizin başçısının Bakı şəhərinin və respublikamızın ayrı-ayrı bölgələrinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı göstərişlərinə uyğun olaraq paytaxtda yolların beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması, yeni körpülərin və yol ötürücülərinin tikilib istifadəyə verilməsi müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırmışdır. Avtomobil nəqliyyatı kompleksində aparılan işlər əhalinin nəqliyyat xidmətlərindən yüksək səviyyədə istifadə etməsi üçün şəraitin yaradılmasına yönəldilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Bakı şəhərinin və bölgələrin taksi parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülür. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında qanunvericiliyin tələblərinə ciddi riayət olunması, bu sahədə pərakəndəliyin aradan qaldırılması və ümumilikdə, taksi xidmətinin müasir standartlar səviyyəsində təşkilinin təmin olunması zərurəti yarandığı üçün şəhərin taksi parkının yeniləşdirilməsinə başlanılmışdır.

Nəqliyyat naziri Ziya Məmmədov avtomobillər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd olundu ki, paytaxt əhalisinə və Bakının qonaqlarına yüksək səviyyədə taksi xidmətinin göstərilməsi məqsədi ilə “Bakı Taksi” MMC və London Taksi Şirkəti arasında nümayəndəlik müqaviləsi və 1000 ədəd TX4 markalı (London Taksi) taksi minik avtomobilinin alınmasına dair kontrakt imzalanmışdır. Artıq Bakı şəhərinə 100 ədəd taksi gətirilmişdir. İlin sonunadək daha 900 ədəd taksinin paytaxta gətirilməsi gözlənilir.

Bu modellər yalnız taksi məqsədləri üçün istehsal edilmiş avtomobildir. TX4 Avro 4 standartlarına cavab verir, 2500 kubsantimetr həcmində dizel mühərriki ilə, 5 pilləli mexaniki sürət qutusu və hidravlik sükanla təchiz olunmuşdur. Bu avtomobillərin manevr imkanları yüksəkdir. Avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf şüşə ilə ayrılması sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edir. Arxa hissədə nəzərdə tutulmuş üzbəüz 5 oturacaq sərnişinlərə gediş zamanı rahat söhbət etməyə şərait yaradır. Avtomobil sərnişinlərə onlara aid olan hissədən avtomobildə quraşdırılmış hər iki kondisionerlərdən birini idarə etməyə, sürücü ilə danışığı asanlaşdıran sistemdən istifadə etməyə və salonun işığını yandırıb-söndürməyə imkan verir. Buradan sərnişinlər avtomatik şüşə qaldırıcılardan da istifadə edə bilərlər. Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilmişdir. Həmin pandus əlil və uşaq arabasının salona rahat girməsi və oturacaqlardan birinin çölə çıxıb, əlil sərnişin əyləşdikdən sonra salonun içərisinə qayıtma imkanından istifadəsinə də imkan yaradır. Bir sözlə, bu avtomobil Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2010-cu il 6 dekabr tarixli əmri ilə təsdiq edilmiş “Sərnişin stansiya qurğuları və avtomobilləri” AZS 425-2010 dövlət standartının tələblərinə tam cavab verir.

Taksilərdə sayğac quraşdırılıb. Sərnişin sayğacın göstəricisinə görə sürücü ilə hesablaşacaq, bununla da sərnişinlə sürücü arasında narazılıqlar aradan qalxacaqdır. Qeyd edilmişdir ki, Bakı şəhərində istismar olunacaq taksilərin sürücüləri tibbi müayinədən və xüsusi psixoloji testlərdən keçmişlər. Onlarla xüsusi proqram üzrə təlim keçirilmişdir. Etik qayda və normalar, şəhər küçələrinin tanınması, yol hərəkəti qaydaları, avtomobilə dair texniki və digər zəruri bilgilər sürücülərə tədris olunmuşdur. Taksi sürücüləri üçün, həmçinin vahid geyim forması müəyyən edilmişdir. Hazırda Bakı şəhərində 816 avtomobil tutumu olan 61 taksi dayanacağı pasportlaşdırılmış və dayanacaqların xəritəsi tərtib edilmişdir. Gələcəkdə dayanacaqların sayının tələbata uyğun olaraq artırılması nəzərdə tutulur. Gətirilmiş 100 taksi şəhərin 11 dayanacağı üzrə bölüşdürüləcəkdir. Qeyd edək ki, hər bir taksi dayanacağının yaradılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna müvafiq olaraq hər bir taksi dayanacağı Nəqliyyat Nazirliyi ilə yerli şəhər və rayon icra hakimiyyəti orqanları və Bakı Şəhər Yol Polisi İdarəsinin müvafiq şöbələrinin birgə razılığı əsasında yaradılır.

Prezident İlham Əliyev yeni gətirilmiş avtomobillərin salonlarının rahatlığı ilə də tanış oldu. Dövlətimizin başçısı avtomobillərdən birinin sükanı arxasında əyləşib avtomobili idarə etdi.

Paytaxta gətirilmiş yeni avtomobillərlə yaxından tanış olan Prezident İlham Əliyev Bakı şəhərinin və bölgələrin taksi parkının müasirləşdirilməsi istiqamətində işlərin daha da sürətlə aparılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır