Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİRİNCİ BEYNƏLXALQ RUS KİTABI FESTİVALININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Prezident sarayında Bakıda keçirilən Birinci beynəlxalq rus kitabı festivalının iştirakçılarını qəbul etmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Sizin hamınızı ölkəmizdə görməyimə çox şadam. Xoş gəlmisiniz! Azərbaycanda Rusiya İlinin keçirilməsi nadir hadisədir. Düşünürəm ki, rus kitabı festivalı keçiriləcək bütün tədbirlər çərçivəsində ən yaddaqalanı olacaqdır. Ona görə də ümidvaram ki, ölkəmizə səfər sizin üçün də çox xoş olacaqdır. Bir çoxunuz əvvəlki illərdə, son onillikdə Azərbaycanda artıq dəfələrlə olmusunuz, bir çoxunuzla məni şəxsi dostluq münasibətləri bağlayır. Ona görə də sizin hamınızı, o cümlədən ölkəmizə ilk dəfə gələnləri ürəkdən salamlayıram.

Bir tərəfdən, bu festival Bakı sakinlərinin rus ədəbiyyatının, rusdilli ədəbiyyatın nailiyyətləri ilə tanış olmasından ötrü gözəl imkandır, eyni zamanda, ümumən ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm hadisədir. Çünki iqtisadi, siyasi əlaqələrlə yanaşı, - bizim bu istiqamətdə böyük uğurlarımız var, - ikitərəfli münasibətlərdə humanitar əməkdaşlıq da əvəzsiz rol oynayır. İndi o da ön sıraya keçir ki, bu da çox sevindiricidir. Görünür, bu onunla bağlıdır ki, ölkələrimizdə, MDB ölkələrində dövlətçiliyin təşəkkülü prosesləri artıq bitmişdir, iqtisadi böhranlar da əsasən başa çatmışdır və indi daha dinamik inkişaf dövrü gəlib çatmışdır ki, burada da mənəvi dəyərlərə tələbat artır. Ona görə də bir daha demək istəyirəm ki, mən bu festivalı məhz həmin nöqteyi-nəzərdən qiymətləndirirəm. Festivalın çox böyük səmərəsi, böyük əhəmiyyəti var. Mövcud olan, genişləndirilməli olan əlaqələr ikitərəfli münasibətlərin möhkəmlənməsində, şübhəsiz, öz rolunu oynayır.

Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumən çox müsbətdir, biz bundan məmnunuq. Festivalın keçirilməsi buna daha bir sübut və bu əlaqələrin möhkəmlənməsi işində daha bir addımdır.

Siz yəqin bilirsiniz ki, Azərbaycanda rus dilinə böyük məhəbbətlə yanaşırlar. Rus dilinin ölkəmizdə saxlanması bizim üçün çox vacibdir. Əlbəttə, 15 il müstəqillikdən sonra bizdə rus dilindən Sovet İttifaqı dövründəki qədər istifadə edilmir və bunun da təbii səbəbləri var. Lakin gənc nəslin də rus dilini bilməsi çox vacibdir.

Yeri gəlmişkən, bu gün Azərbaycanda əlamətdar gündür - sentyabrın 15-i dərs ilinin başlanğıcı günüdür. Mən səhər tezdən bir neçə məktəbə getdim, onlardan birinin təmirdən sonra açılışında iştirak etdim. Bu məktəbdə iki bölmə - Azərbaycan və rus bölmələri var. Azərbaycanda tədrisin rus dilində aparıldığı belə məktəblər 300-dən çoxdur. Bu baxımdan biz fəxr edə bilərik ki, SSRİ dağıldıqdan sonra rusdilli məktəblərin sayı azalmadı, harada tədris rus dilində aparılırdısa, eləcə də saxlanmışdır. O cümlədən dövlət ali məktəblərində, orada da təhsilin rus dilində aparıldığı şöbələr var. Məsələn, Slavyan Universiteti. Başqa sözlə, bu, dövlət siyasətidir, çünki Azərbaycan çoxmillətli dövlətdir və hər bir millət təkcə Konstitusiyaya görə deyil, real həyatda da bərabər hüquqlara malikdir. Ona görə də ölkəmizdə yaşayan xalqlar arasında sülh inkişafımızın və dövlətçiliyi möhkəmlətməyin mühüm amillərindən biridir. Ona görə də çoxmillətli dövlət kimi biz, təbii ki, ölkədə yaşayan xalqların milli mədəniyyətlərinin inkişaf etdirilməsi, tam ahəngdarlıq şəraiti yaradılması məsələləri ilə çox ciddi məşğul olmalıyıq. Bundan ötrü çox yaxşı zəmin var. Azərbaycan tolerantlığı, dözümlülüyü, milli həmrəyliyi ilə həmişə fərqlənmişdir və indi də fərqlənir. Əlbəttə ki, bu festival kimi tədbirlər belə meyilləri gücləndirir. Gərək bizim aramızdakı əlaqələr qırılmasın, onlar daimi xarakter daşısın. Məsələn, ötən il və cari il əlaqələrin yeni formatı üçün imkanlar yaratmışdır: keçən il Rusiyada Azərbaycan İli idi, bu il Azərbaycanda Rusiya İlidir. Bu iki il bizi daha da yaxınlaşdırdı. Gərək bu illər başa çatdıqdan sonra əlaqələr kəsilməsin, meyil davam etsin. Bu, ilk növbədə, bizdən, ölkələrin rəhbərlərindən və təbii ki, ictimai və siyasi proseslərə təsir göstərən, ictimai rəyi formalaşdıran adamlardan asılıdır. Rusiyada da, Azərbaycanda da ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri sayılıb-seçilən, hörmət bəslənən insanlardır. İctimai şüurun, ictimai rəyin, ölkənin inkişaf yollarının formalaşmasında onların rolu böyükdür. Tanınmış yazıçının, şairin, mədəniyyət xadiminin dediyi sözün ictimaiyyət üçün böyük dəyəri var. Ona görə də gələcəkdə münasibətlərimizin necə inkişaf edəcəyi həm də xeyli dərəcədə ölkələrimizin nümayəndələri arasında bu sahədə əməkdaşlığından asılı olacaqdır.

Biz çox istəyirik ki, münasibətlərimiz indiki kimi dinamik inkişaf etsin. Bundan ötrü bütün əsaslar var, qarşılıqlı istək var və deyə bilərəm ki, biz hesab edirik, ümumiyyətlə, Rusiya ilə Azərbaycanın münasibətləri qonşular arasında münasibətlərə nümunədir. Qonşuları seçmirlər, amma təəssüf ki, bəzən qonşular arasında mübahisələr, hansısa anlaşılmazlıqlar, daha ciddi problemlər meydana çıxır. Lakin bizim münasibətlərimizdə belə şeylər yoxdur. Ona görə də əlaqələrimizi möhkəmlətmək lazımdır. Ümidvaram ki, biz birgə səylərimizlə daha da irəliləyəcəyik.

Sizi bir daha salamlamaq istərdim, sizinlə şəxsən görüşməyimə çox şadam, şadam ki, şəhərimizin sakinlərinin də sizinlə görüşmək imkanı olacaqdır. Bilirəm ki, bu axşam filarmoniyada görüş keçiriləcəkdir. Arzu edirəm ki, ölkəmizdə olduğunuz günlər xatirinizdə qalsın və xoş keçsin. Sağ olun.

İTAR-TASS informasiya agentliyinin baş direktoru VİTALİ İQNATENKO görüşdə çıxış edərək dedi:

- İlham Heydəroviç, Sizinlə söhbət etmək, görüşmək imkanına görə sağ olun. Demək istəyirəm ki, bu salon Rusiya Federasiyasının ziyalılarını birinci dəfə qəbul etmir. Unudulmaz Heydər Əliyeviç məhz bu salonda bizi bir neçə dəfə qəbul etmişdi. Biz bunların hamısını xatırlayırıq. Diqqətəlayiq haldır ki, biz bütün bunları unutmuruq. Budur, indi bizi Siz qəbul edirsiniz.

Bu gün başlanan festivalın təşkilində Rusiya XİN-i xüsusi rol oynayır. Sizə və festivalın təşkilinə kömək edənlərin hamısına dərin təşəkkürümüzü bildiririk. Bu günlər ərzində biz “dəyirmi masalar” keçirəcək, Bakı Slavyan Universitetində olacağıq. Biz çox şadıq ki, rus kitabı festivalının tarixi məhz burada başlayır.

Sonra “Drujba narodov” jurnalının baş redaktoru ALEKSANDR EBANOİDZE çıxış edərək dedi:

- Mən “Drujba narodov” jurnalına başçılıq edirəm. O, ünsiyyət və mədəni əlaqələr vasitəsidir, əvvəldən belə düşünülmüşdür və belə də fəaliyyət göstərməkdədir. Sizə deməyə şadam ki, ilk dəfə olaraq bu il biz Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılış nəşr etməyi qərara aldıq. Son 15 ildə Moskva nəşrlərində Azərbaycan yazıçılarının əsərləri çap edilməmişdi. Xüsusi buraxılış jurnalın üçüncü nömrəsidir, onun birinci səhifəsində Mehriban xanım Əliyevanın məktubu dərc olunmuşdur. Biz buna görə ona minnətdarıq. Xüsusi buraxılış maraqlı alındı. Bu yaz nömrəsindən sonra Azərbaycan müəlliflərinin daha iki əsəri çap olundu. İtirilmiş ədəbi əlaqələr beləcə bərpa edilir.

Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin rəhbəri MİXAİL SESLAVİNSKİ rus kitabı festivalının təşkilinin miqyasını və səviyyəsini yüksək qiymətləndirdi. O dedi: “Festivalın açılışının idman kompleksində olmasına yaxşı mənada qibtə etdik. Xatırladaq ki, əvvəllər şair və yazıçıları böyük stadionlar qəbul edərdi. Burada olanların bir çoxu 1970-ci illərdə Heydər Əliyevin təşkil etdiyi sovet ədəbiyyatı festivallarına gəlmişdi. Biz burada, festivalda xoş təbəssümlər, səmimi maraq və diqqət gördük. Bu, təkcə salonda deyil, şəhərdə, küçələrdə də baş verirdi. Adamlar müasir kitablarla, 1970-ci illərin kitabları ilə yazıçılara yaxınlaşır, avtoqraf xahiş edirdilər. Bütün bunlar insan qəlbinə hərarət verir.

Dünya şöhrətli yazıçı, Qırğızıstanın Lüksemburqdakı səfiri ÇİNGİZ AYTMATOV Azərbaycan dövləti başçısının elm və mədəniyyətə yetirdiyi diqqəti yüksək qiymətləndirdi, Bakıda rus kitabı festivalının keçirilməsini buna sübutlardan biri kimi vurğuladı. O dedi: “Bizə çox xoşdur ki, Azərbaycan Prezidenti bizim üçün aktual olan məsələləri bizimlə bilavasitə müzakirə edir. Özü də iqtisadi, sosial problemlərlə, siyasətlə birlikdə”.

Görkəmli yazıçı, Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi OLJAS SÜLEYMENOV vurğuladı ki, yaradıcılıq təşkilatı kimi qorunub saxlanmasında məşhur siyasi xadim Heydər Əliyevin böyük rol oynadığı Azərbaycan Yazıçılar Birliyinin qorunub saxlanması faktının özü yüksək qiymətə layiqdir. Bu siyasəti Prezident İlham Əliyev də uğurla davam etdirir. O dedi: “Rus kitabına belə əhəmiyyət verilməsini ancaq alqışlamaq lazımdır”.

Şair Dmitri Bıkov Rusiyanın gənc yazıçıları adından çıxış edərək, azərbaycanlı müəlliflərlə yaradıcılıq əlaqələrindən danışdı.

Mixail Seslavinski Birinci beynəlxalq rus kitabı festivalının iştirakçıları adından “Bolşaya rossiyskaya ensiklopediya”nın sanballı nəşrinin indiyədək çapdan çıxmış cildlərini, habelə sonrakı cildlərin alınması üçün sertifikatları Azərbaycan dövlətinin başçısına təqdim etdi. O həmçinin bildirdi ki, nəşrin ilk cildlərində Azərbaycan, Prezident Heydər Əliyev, paytaxt Bakı haqqında geniş məqalələr dərc olunmuşdur.

Görüşdən sonra Prezident İlham Əliyev və qonaqlar Prezident sarayı qarşısında xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib