Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak etmişdir

Bakı, 8 sentyabr (AZƏRTAC). Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə ərazi ilə yaxından tanış oldu. Məlumat verildi ki, 1950-ci illərdə Abşeronda içməli və texniki suya tələbatın artması ilə əlaqədar Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılması, Ceyranbatan anbarında şirin su ehtiyatının yaradılması və anbarın sahilində sutəmizləyici qurğular kompleksinin inşasına qərar verilmişdir. 1957-ci ildə Ceyranbatan su anbarının şirin su ilə doldurulmasına başlanılmışdır. Anbarın doldurulması ilə yanaşı, hövzənin sahilində sutəmizləyici qurğular kompleksi də tikilmişdir. 1961-ci ildə məhsuldarlığı saniyədə 2,64 kubmetr olan sutəmizləyici qurğular kompleksinin birinci qurğusu istismara verilmişdir. Eyni keyfiyyətə malik olan ikinci qurğu 1966-cı ildə işə salınmışdır. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü növbəsi isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1978-ci ildə tikilərək istifadəyə verilmişdir. Qurğuların ikinci və üçüncü növbələrinin istismara verilməsi ilə Sumqayıtın, Bakıətrafı kəndlərin və paytaxtın şərq hissəsinin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Ceyranbatan sutəmizləyici qurğular kompleksi 50 ildir ki, Abşeron yarımadasında içməli və texniki su təchizatında əvəzedilməz mənbə kimi fəaliyyət göstərir. Bu dövrdə yalnız bir dəfə - 1998-2002-ci illərdə sutəmizləyici qurğularda əsaslı təmir işləri aparılmışdır. “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində birinci və ikinci qurğular yenidən qurulmuşdur.

“Azərsu” ASC-nin kollektivinin nümayəndələri və inşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısına yeni tikiləcək qurğunun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, hazırda dünya təcrübəsində az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə olunan yeni ultrasüzgəcli qurğulardan istifadə olunmağa başlanmışdır. Ənənəvi qum süzgəclərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəciklərlə yanaşı, suda olan bütün zərərli mikrobları tutaraq saxlayır.

Bununla da suyun təbii duz tərkibi saxlanılmaqla, daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə ultrasüzülmə texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğunun tikilməsi xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatının perspektiv planı ilə də tanış oldu. Qeyd edildi ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən yeni qurğunun inşası ilə yanaşı, burada təmizlənəcək suyu istehlakçılara çatdırmaq üçün yeni magistral kəmərlər, paylayıcı şəbəkə və anbarların tikilməsi nəzərdə tutulur. Dövlət Proqramına uyğun olaraq, Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası planlaşdırılır. Bu anbarlardan istifadə etməklə Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə təmin etmək mümkündür. Hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana anbarı kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin çəkilişi nəzərdə tutulur.

Məlumat verildi ki, tikintisi 1,2 hektar ərazidə aparılacaq və məhsuldarlığı saniyədə 6 kubmetr olacaq qurğu əhalinin fasiləsiz, keyfiyyətli içməli su təminatına öz töhfəsini verəcəkdir. Yeni qurğuda Niderland Krallığının istehsalı olan müasir avadanlıqdan istifadə ediləcəkdir. Tam avtomatik rejimdə idarə olunacaq qurğu elektrik enerjisinə qənaət etməyə imkan verəcəkdir. Burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir. İstehlakçılara öz axımı ilə çatdırılması üçün yeni qurğuda emal olunacaq su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara ötürüləcək və buradan Abşeronun bütün ərazilərinə paylanacaqdır.

Sonra dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunu işə saldı.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Əziz dostlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl və əlamətdar bir gündür. Düz 50 il bundan əvvəl - 1961-ci il sentyabrın 8-də burada birinci sutəmizləyici qurğu istismara verilmişdir. Bu gün, bu gözəl gündə biz yeni, ən müasir standartlara cavab verən qurğunun tikintisinin başlandığını qeyd edirik. Bu, özlüyündə çox əlamətdar hadisədir və onu göstərir ki, müasir dövrdə müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Əlli il bundan əvvəl başlanan bu proses və ondan sonrakı dövrdə tikilmiş yeni qurğular, əlbəttə ki, o dövrün tələblərinə cavab verirdi. 1990-cı illərin sonunda mövcud olan bu qurğularda təmir işləri aparılmışdır. Ancaq biz yenə də çalışırıq və çalışmalıyıq ki, Azərbaycana dünyanın ən qabaqcıl texnologiyalarını gətirək, bütün sahələrdə tətbiq edək. Bir daha demək istəyirəm ki, insan sağlamlığı üçün əsas olan su təchizatı məsələlərində biz bu yüksək səviyyəni təmin etməliyik.

Bu layihə böyük vəsait tələb edəcəkdir. Təqribən 100 milyon manata qədər vəsait xərclənməlidir. Ancaq Azərbaycan dövləti bu xərcləri edir və edəcəkdir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır. Apardığımız uğurlu iqtisadi siyasət imkan verir ki, biz bu gün sosial məsələlərin həllinə böyük həcmdə investisiyalar qoyaq. Həm sosial infrastrukturun yaradılması işlərinə investisiya qoyulur, həm də əməkhaqları, pensiyalar qaldırılır. Bir sözlə, Azərbaycanda sosial siyasət çox düzgün istiqamətdə aparılır. Bu siyasətin tərkib hissəsi olan infrastruktur layihələri, insanların rahatlığı üçün yaradılmış şərait, əlbəttə ki, hamımızı çox sevindirir.

Azərbaycanda insan sağlamlığı üçün müxtəlif tədbirlər görülür. Əlbəttə ki, birinci şərt təmiz içməli suyun mövcudluğudur. Biz bu məsələlərlə məşğuluq. Bu gün təməl daşını qoyduğumuz müasir qurğu da bu məqsədi nəzərdə tutur. Eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox vacib addımlar atılır. Keçən il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Mən tam əminəm ki, ekoloji tədbirlərin gücləndirilməsinin insanların sağlamlığına çox müsbət təsiri olacaqdır. Təmiz su, təmiz hava, keyfiyyətli qida məhsulları, ekoloji vəziyyət, tibb xidməti, idman, bax bu amillər insanların sağlamlığını şərtləndirən əsas amillərdir.

Sadaladığım bütün məsələlərlə əlaqədar Azərbaycanda çox düşünülmüş proqram və konsepsiya vardır. Azərbaycanda Olimpiya idman kompleksləri, idman meydançaları tikilir, idmanla məşğul olmaq üçün şərait yaradılır. Bütün bölgələrdə müasir diaqnostika-müalicə mərkəzləri tikilir, rayon xəstəxanaları təmir edilir, müasir avadanlıqla təchiz olunur. Ekoloji tədbirlər görülür. Təkcə son il yarım ərzində ölkəmizdə 10 milyona qədər ağac əkilmişdir. Kür-Araz çayları boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Yüz minlərlə vətəndaş indi təmiz içməli su ilə təmin edilir.

Ölkəmizdə bütün başqa istiqamətlərdə olduğu kimi, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün də çox vacib işlər görülür. Bakıda - Balaxanıda məişət tullantılarının emalı zavodu tikilir. Hamımız yaxşı xatırlayırıq ki, Balaxanı zibilxanasının əvvəlki vəziyyəti necə idi. Oradan qalxan tüstü şəhəri bürüyürdü. İndi orada təmiz bir meydan yaradılıbdır. Ağaclar əkilir, yaşıllıqlar salınır və dünyanın ən yüksək texnologiyalarına malik olan müasir məişət tullantılarının emalı zavodu tikilir.

Mən bütün bunları nə üçün bu gün qeyd edirəm? Çünki görülən bütün bu işlərin, o cümlədən bu gün təməl daşını qoyduğumuz bu qurğunun bir məqsədi vardır: Bütün bu işlər Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, Azərbaycan vətəndaşları üçün lazımi məsələlərin həll olunması və insan sağlamlığı üçün ən vacib məsələlərin həlli məqsədi ilə görülür.

Azərbaycanda su təchizatı ilə bağlı digər vacib layihələr icra edilmişdir və icra edilməkdədir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hesab edirəm ki, tarixi hadisədir. Çünki bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu layihə reallaşa bilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılmışdır. Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Bu gün “Azərsu” şirkəti nəinki Bakıda, eyni zamanda, respublikamızın bütün bölgələrində su layihələrini icra edir. Konkret proqram tərtib edilmişdir. Bu il büdcəyə əlavələr edilmişdir və əlavə vəsait nəzərdə tutulmuşdur ki, biz vaxtı itirməyək. Biz elə etməliyik ki, qısa müddət ərzində ölkəmiz üçün ənənəvi olan və həmişə bizi incidən su qıtlığı problemi öz həllini tapsın.

Mən əminəm ki, “Azərsu” şirkəti, onun yeni tərkibi və işə yeni yanaşma nəticəsində bütün bu məsələlər öz həllini tapacaqdır. Mən indi görürəm ki, şirkət inkişaf edir, şirkətdə müasir metodologiya, müasir yanaşma tətbiq edilir və belə də olmalıdır. Azərbaycanın bütün şirkətləri, xüsusilə dövlət şirkətləri ən yüksək menecment keyfiyyətlərinə malik olmalıdır. Müasir yanaşma, işin düzgün qurulması, düzgün təhlil, proqramların düzgün tərtib edilməsi və icra mexanizmləri dünya səviyyəsində olmalıdır. Bizə indi yaraşmaz ki, bu qədər inkişaf edən ölkəmizdə hansısa dövlət qurumu primitiv üsul-idarə ilə idarə olunsun. Müasirlik, qabaqcıl texnologiyaların tətbiqi, məsuliyyət və vicdan - bax hər bir dövlət qurumuna tövsiyəm bundan ibarətdir. “Azərsu” şirkətinin rəhbərliyinin gücləndirilməsi nəticəsində əminəm ki, bu şirkətdə də işlər dünya səviyyəsində aparılacaqdır. Hər halda şirkət rəhbərini təyin etdiyim zaman tövsiyələrim və göstərişlərim bundan ibarət olmuşdur. Mən görürəm ki, qısa müddət ərzində görülən işlər düzgün istiqamətdə aparılır.

Oğuz-Qəbələ-Bakı su kəməri böyük və çox mürəkkəb bir layihə idi. Təbii ki, layihənin icrası zamanı müəyyən qüsurlar, çatışmazlıqlar olmuşdur. Bunun səbəbidir ki, kəmərin açılışından sonra biz bir qədər gözləməli olduq ki, vəziyyəti daha da normallaşdıraq və tikinti zamanı edilən səhvləri düzəldək. Bunu edirik və edəcəyik. Biz hər şeyi açıq deməliyik. Ancaq bununla bərabər, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi tarixi hadisədir. Əminəm ki, bu kəmərin tikintisi və fəaliyyətə başlaması, Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərilməsi həqiqətən də tarixi məsələdir. Çünki bu mənbə daxili mənbədir. Oradan gələn su Azərbaycan ərazisində formalaşır. Siz - bu işlərlə məşğul olanlar yaxşı bilirsiniz ki, bizim əsas su mənbələrimiz, Bakını qidalandıran su xətləri Azərbaycanın hüdudlarından kənarda formalaşan mənbələr hesabına mümkün olur. Oğuz-Qəbələ-Bakı o layihədir ki, Azərbaycan ərazisində formalaşan təmiz içməli suyu Bakıya gətirir. Eyni zamanda, qeyd etdiyim kimi, bütün bölgələrdə, bütün rayon mərkəzlərində su-kanalizasiya layihələrinin icrasına başlanmışdır, ya da ki, başlanmaqdadır. Bu, çox böyük layihədir. Çünki bu işlər bir şəhərdə deyil, iki şəhərdə deyil, bütün rayon mərkəzlərində görülür və görülməlidir. Ona görə “Azərsu” şirkətinin işçilərindən çox şey asılıdır. Çünki qarşıya vəzifə qoyulubdur ki, bu məsələlər qısa müddət ərzində həllini tapsın. Əsas məsələlər 2013-cü ilin sonuna qədər həllini tapsın. Biz əlbəttə ki, qarşıya bu hədəfləri qoyanda həm realist olmalıyıq, eyni zamanda, çalışmalıyıq ki, bu məsələlər maksimum qısa müddət ərzində həllini tapsın. Çox böyük və genişmiqyaslı bir işdir. Amma eyni zamanda, çox gözəl və nəcib bir işdir. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun. Bu gün güclənən Azərbaycanda görülən bütün işlər bir daha demək istəyirəm ki, dünyanın ən yüksək standartlarına cavab verməlidir.

Mən əminəm ki, “Azərsu” şirkətinin əməkdaşları onların üzərinə düşən bu vacib vəzifələri yaxşı başa düşürlər. Nəinki bu qurğuların tikintisi, eyni zamanda, su, kanalizasiya xətlərinin çəkilişi, bu təsərrüfatın istismarı məsələləri də çox vacibdir. Xətlər, gözəl qurğular tikilə bilər və tikiləcəkdir. Ancaq ondan sonra gündəlik həyatda insanları, Bakı sakinlərini, respublika sakinlərini davamlı içməli su ilə təmin etmək sizin üçün ən başlıca vəzifə olmalıdır. Əminəm ki, siz dediyim bütün bu məsələlərə diqqətlə yanaşacaqsınız, verdiyim bütün göstərişləri şərəflə yerinə yetirəcəksiniz.

Bu gün gözəl və tarixi bir gündür. Bir daha demək istəyirəm ki, 50 il bundan əvvəl Bakının içməli su ilə təminatında tarixi hadisə baş vermişdir. Birinci sutəmizləyici qurğu tikilmişdir. Bu gün də tarixi gündür. Çünki 18 aydan sonra Bakı sakinləri Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Bütün bu işlərdə sizə uğurlar arzulayıram. Əminəm ki, il yarımdan sonra biz burada müasir, gözəl, yeni qurğunun açılışında bərabər iştirak edəcəyik. Sağ olun.

Ceyranbatan Su Kəmərləri İdarəsinin kollektivi adından çıxış edən Yazgül RÜSTƏMOVA Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

-Möhtərəm cənab Prezident! Ceyranbatan Su Kəmərləri İdarəsinin kollektivi adından Sizi salamlayıram, “Xoş gəlmisiniz” deyirəm.

Hörmətli Prezident, Ceyranbatan Su Kəmərləri İdarəsinin 50 illik yubileyi ərəfəsində Sərəncamınızla bir qrup əməkdaşımız, o cümlədən mən “Tərəqqi” medalı ilə təltif olunmuşuq. 36 ildir ki, bu müəssisədə çalışıram. Bu mükafata, əməyimizə verdiyiniz qiymətə, bizə göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, yeni qurğunun təməlini qoymaqla idarəmizin tarixində yeni səhifə açmış oldunuz. Söz veririk ki, Sizin bu diqqət və qayğınızı əməli işimizlə doğruldacağıq. Bunun üçün əlimizdən gələni əsirgəməyəcək, var-qüvvəmizlə çalışacağıq.

Hörmətli Prezident, Siz bütün sahələrə xüsusi diqqət yetirirsiniz. Televiziyadan izləyirik, rayonlara tez-tez gedirsiniz, obyektlərin təməlqoymasında, açılışında iştirak edirsiniz. Ölkəmizin inkişafı, xalqımızın yaxşı yaşaması üçün əlinizdən gələn heç bir şeyi əsirgəmirsiniz. Qədirbilən xalqımız Sizin bu fəaliyyətinizi yüksək qiymətləndirir, Sizə uzun ömür, cansağlığı arzu edir! Allah Sizə kömək olsun, cənab Prezident! Allah Sizə yar olsun!

Bir daha kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Sonda xatirə şəkli çəkdirildi.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib