AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İLƏ RUMINİYA PREZİDENTİ İON İLİYESKUNUN TƏKBƏTƏK GÖRÜŞÜ
Dövlət başçıları Azərbaycan Prezidentinin bu səfərini yüksək dəyərləndirdilər və bunun ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qalxmasında önəmli rol oynayacağına əminliklərini ifadə etdilər.
Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, eləcə də beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparıldı.
Prezidentlər Azərbaycan-Rumıniya əlaqələrinin daha da inkişafı üçün görülən işlərdən və hökumətlərarası komissiyanın fəaliyyətindən mənunluqlarını bildirdilər.
Dövlət başçıları regionda sabitlik və təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi etdilər.