AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İLƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN ARASINDA TELEFON DANIŞIĞI OLMUŞDUR
Telefon danışığı zamanı Prezident Vladimir Putin müasir dövrün görkəmli siyasətçisi və dövlət xadimi, Rusiyada böyük nüfuzu olan, ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin formalaşmasına və inkişafına əvəzsiz töhfə vermiş Prezident Heydər Əliyevin vəfatından ürəkdən kədərləndiyini bildirərək, Prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına səmimi başsağlığını ifadə etmişdir. Cənab Vladimir Putin MDB-nin formalaşmasında və fəaliyyətində Prezident Heydər Əliyevin mühüm rolunu vurğulamışdır.
Xalqımızın kədərinə şərik olduğuna və səmimi başsağlığına görə Rusiya rəhbərinə minnətdarlığını bildirən Prezident İlham Əliyev demişdir ki, ölkələrimiz arasında münasibətlərin inkişafı sahəsində Heydər Əliyevin siyasəti bundan sonra da davam etdiriləcəkdir.