AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir.
Ekmələddin İhsanoğlu Azərbaycanın İslam Konfransı Təşkilatında çox fəal iştirak etdiyini, ölkəmizdə bu nüfuzlu təşkilatın böyük tədbirlərinin keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə artan və möhkəmlənən mövqeyi ilə əlaqələndirdi.
Prezident İlham Əliyev bu yaxınlarda İstanbulda İKT-nin Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun daimi qərargahının açılışı mərasimində iştirakını xatırlatdı, bu təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirdi.