Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “Atletiko Madrid” futbol klubunun heyətini qəbul etmişdir VIDEO

Bakı, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İspaniyanın “Atletiko Madrid” futbol klubunun heyətini qəbul etmişdir.

İdmançıları salamlayan dövlətimizin başçısı İlham ƏLİYEV demişdir:

-Sizi böyük nümayəndə heyətində görmək xoşdur. Əminəm ki, Bakıda vaxtınızı yaxşı keçirirsiniz. Yəqin ki, Azərbaycan haqqında yaxşı məlumatınız vardır, əsasən də son dövrlərlə bağlı. Klubunuzun Azərbaycanın təqdimatı ilə bağlı gördüyü işlərdən məmnunluğumu bildirmək istərdim. Əlbəttə ki, bir dəfə görmək, on dəfə eşitməkdən daha yaxşıdır. Səfərinizin qısamüddətli olmasına baxmayaraq, əminəm ki, Azərbaycanı daha yaxından tanımaq və insanlarla daha yaxın ünsiyyət qurmaq üçün imkan tapacaqsınız.

Sizin klub dünyada çox tanınır və deyə bilərəm ki, Azərbaycanda çoxlu azarkeşiniz vardır. Bildiyimə görə, siz burada yerli komanda ilə görüş keçirəcəksiniz. Bu, dostluq görüşü olacaqdır. Amma ümid edirəm ki, bir gün siz rəsmi matçda görüşəcəksiniz. Ümidvaram ki, bizim klubların şansları və göstərdikləri oyun səviyyəsi artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul edəcəyik. Amma yenə də düşünürəm ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır. Əminəm ki, bu səviyyədə əməkdaşlıq sizin ölkəmizi daha yaxından tanımağa, bir çox sahədə daha sıx əlaqələr qurmağa yardım edəcəkdir.

Bir daha xoş gəlmişsiniz. Azərbaycanda xoş vaxt keçirməyinizi arzulayıram.

X X X

“Atletiko Madrid” klubunun prezidenti Enrikio CEREZO Prezident İlham Əliyevə nümayəndə heyətini qəbul etdiyinə görə təşəkkür etdi. Ölkəmiz və Bakı haqqında təəssüratlarını bölüşən Enrikio Cerezo dedi:

-Mən Bakıya gəlib çox təsirləndim. Çünki doğrudan da çox gözəl şəhəriniz vardır. Şadıq ki, ölkənizlə aramızda əməkdaşlıq yaranır. Azərbaycan xalqını tanımağıma çox şadam. Burada olmaqdan şərəf hissi duyuruq.

“Atletiko Madrid” futbol klubu barədə məlumat verən Enrikio Cerezo son illər böyük inkişaf əldə edildiyini bildirdi və klubun gələcək planlarından danışdı.

X X X

Prezident İlham ƏLİYEV dedi:

-Xoş sözlərə görə sizə minnətdaram. Mən bilirəm ki, “Atletiko Madrid” futbol komandasının çox böyük tarixi vardır. Nəinki İspaniyada, dünya miqyasında sizin komandanızın xüsusi yeri vardır. Əlbəttə, bu əməkdaşlıq bizə imkan verəcəkdir ki, Azərbaycanda futbolun səviyyəsi daha da qalxsın və əlaqələrimiz daha da geniş olsun.

X X X

Dövlətimizin başçısı “Atletiko Madrid” klubunun Azərbaycana gəlməsinin ölkəmizin komandaları ilə əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacağına əminliyini bildirdi və bu səfərin idmançıların ölkəmizi daha da yaxından tanımaları üçün yaxşı imkan yaratdığını vurğulayaraq dedi:

-Mən çox şadam ki, siz indi Bakıdasınız, ölkəmizlə tanış olursunuz. Ümid edirəm ki, bu təmaslar bundan sonra da davam edəcəkdir.

X X X

“Atletiko Madrid” klubunun prezidenti Enrikio Cerezo Azərbaycan ilə rəhbərlik etdiyi klub arasındakı əlaqələrin beynəlxalq idman aləmində real əməkdaşlığa çevriləcəyinə əminliyini ifadə etdi.

X X X

Dövlətimizin başçısı “Atletiko Madrid” klubunun və ümumilikdə ispan futbol komandalarının əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Azərbaycanda idman sahəsində görülən işlərdən danışaraq dedi:

-Deyə bilərəm ki, Azərbaycanda idman sürətlə inkişaf edir və çox yaxşı nəticələr vardır. Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcəkdir. Londonda keçirilmiş son Olimpiya Oyunlarında da Azərbaycan çox yaxşı nəticə göstərmiş, ikisi qızıl olmaqla 10 medal qazanmış və ölkələr sırasında 30-cu yerdə olmuşdur.

X X X

Sonra Madridin Ticarət Palatasının prezidenti Arturo FERNANDES çıxış edərək dedi:

-Cənab Prezident! Biz bilirik ki, İspaniya ilə Azərbaycan arasında o qədər də çox işgüzar əlaqələr yoxdur. İndi isə “Atletiko Madrid” komandası ölkənizə səfər etmək imkanı qazanıb. Düşünürəm ki, ispan şirkətləri ilə ölkəniz arasında çox işlər görmək olar. Bu səfərdən sonra mən İspaniyaya, Madridə qayıdacağam. Bilirsiniz ki, Madriddə 7 milyon insan yaşayır və orada çoxlu şirkət fəaliyyət göstərir, onlar bizneslə məşğul olmaq istəyirlər və Azərbaycan da sahibkarlıqla məşğul olmaq üçün gözəl yerdir. Gözəl şəhərinizi, ölkənizi, buradakı inkişafı gördük. Ölkənizlə fəxr etməlisiniz. Bunu Madridə qayıtdıqda hər kəsə çatdıracağam ki, biz bizneslə məşğul ola bilərik, bizim üçün yaxşı imkanlar mövcuddur, biz şirkətlərimizi Sizin gözəl ölkənizə cəlb etməyə hazırıq. “Atletiko Madrid”ə və şəxsən mənim üçün buraya səfər etmək imkanı yaradıldığına görə təşəkkürümü bildirirəm.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bəli, ölkələrimiz arasında əməkdaşlıq lazımi səviyyədə deyil, ola bilsin bu, məlumat azlığından irəli gəlir. Əminəm ki, İspaniyada o qədər də çox insan Azərbaycan haqqında məlumatlı deyildir. Azərbaycanda əlbəttə ki, ölkənizi tanıyırlar, lakin İspaniyaya gedənlərin sayı çox deyildir. Şübhəsiz, iş adamları bu istiqamətdə daha çox iş görməlidirlər. Bizim Avropa ölkələri ilə çox fəal əlaqələrimiz vardır və Avropa İttifaqı bizim bir nömrəli ticarət tərəfdaşımızdır. Bizim ixracın əksər hissəsi Avropa İttifaqınadır. Əlbəttə ki, Avropanın aparıcı ölkələrindən biri olan İspaniya şirkətləri bu işdə daha fəal ola bilərlər.

Azərbaycanda tikinti, infrastruktur, enerji və digər sahələrlə bağlı çoxlu layihələr həyata keçirilir. Lakin əfsuslar olsun ki, ispan şirkətlərinin bu layihələrdə iştirakı yetərli deyil və bu baxımdan sizin əlaqələriniz, Azərbaycan haqqında çatdıracağınız məlumat daha çox ispan şirkətlərinin ölkəmizə gəlməsinə və birlikdə iş görməyimizə təkan verə bilər. Azərbaycanda yaxşı biznes imkanları, sərmayə mühiti mövcuddur. İqtisadiyyat daim inkişaf etməkdədir, böyük imkanlar vardır. Beləliklə, biz Azərbaycanda sizin ölkənizin daha çox şirkətlərini görmək istərdik.

X X X

Arturo FERNANDES: Biz artıq enerji və digər sahələri əhatə edən 20-25 ispan şirkətinin nümayəndələrindən ibarət ticarət nümayəndə heyəti ilə ölkənizə səfərə gəlməyi planlaşdırırıq. Çox güman ki, təmsil etdiyim Ticarət Palatasının dəstəyi ilə səfər bu ilin noyabr-dekabr aylarında həyata keçiriləcəkdir. Biz əlaqələr qurmağa başlaya bilərik. Bilirəm ki, sizin İtaliya, Fransa, İngiltərə və digər ölkələrlə iş birliyiniz vardır. Əfsuslar olsun ki, İspaniya hələ də bu ölkələr sırasında deyildir. Mən səylərimi əsirgəməyəcəyəm ki, İspaniya da Azərbaycanda təmsil olunsun. Belə ki, ölkənizdə gözəl imkanlar mövcuddur. Azərbaycan çox cəlbedici ölkədir. 

X X X

Prezident İlham Əliyev Azərbaycanın Avropanın aparıcı ölkələri ilə fəal iqtisadi iş birliyi qurduğunu vurğulayaraq İspaniya ilə də iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi və Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 300 faiz, yəni 3 dəfə artıb. “Gələcək inkişafla bağlı çoxlu planlarımız vardır”, - deyən dövlətimizin başçısı Azərbaycanın tərəfdaş kimi daha çox xarici şirkətlərlə əlaqələr qurmaq əzmində olduğunu vurğuladı. Prezident İlham Əliyev onu da bildirdi ki, bu baxımdan ispan şirkətləri ilə artıq başlanan iqtisadi iş birliyinin bundan sonra daha da genişləndirilməsi ölkələrimizin iqtisadi maraqlarına cavab verə bilər.

X X X

Daha sonra “Atletiko Madrid” futbol klubunun oyunçusu Arda TURAN çıxış edərək dedi:

-Cənab Prezident, əvvəlcə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Biz “Azərbaycan” sözünü sinəmiz üstündə gəzdirdik. İspaniyada Azərbaycanın sponsorluğu ilə oynamaq bizim üçün, bir türk oyunçu olaraq xüsusilə mənim üçün çox böyük şərəfdir. Çünki bu gün Şəhidlər xiyabanını ziyarət edərkən söylədim ki, özümü həm bir türk, həm də bir azərbaycanlı olaraq hiss edirəm. Təbii ki, biz eyni millətik, eyni kökdənik. Bakını bu qədər gözəlləşdirdiyiniz üçün Sizə minnətdaram. Bakıda əvvəllər də olmuşam. İndi daha möhtəşəm görünür. Gənc ölkə olmağınıza baxmayaraq, Azərbaycanın inkişafı çox möhtəşəmdir. Ona görə də Sizə çox təşəkkür edirəm.

Prezident olaraq ölkəni bu dərəcədə inkişaf etdirdiyiniz, insanlara qayğı göstərdiyiniz, bizi yüksək səmimiyyətlə, xoş münasibətlə qarşıladığınız üçün Sizə çox təşəkkür edirəm. Mən bir türk, bir azərbaycanlı olaraq həqiqətən ev sahibi sayılıram. Ona görə çox şərəf duyuram. Bir daha təşəkkürümü bildirirəm.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun! Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz xoş keçəcəkdir.

Bizim xüsusi münasibətlərimiz, xüsusi duyğularımız vardır. Bizi birləşdirən həm tarix, həm də bu gün vardır. Türkiyə-Azərbaycan sözün əsl mənasında iki dost, qardaş ölkədir. Sizin bu komandada iştirakınız bizi sevindirir. Çünki biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Ümidvaram ki, Azərbaycana bundan sonra daha tez-tez gələcəksiniz.

X X X

Futbolçular Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdilər.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub