AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVAYA GƏLMİŞDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvaya gəlmişdir. Vnukovo hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Valeri Loşşinin, Azərbaycan Respublikasının Rusiyadakı səfiri Ramiz Rizayev, səfirliyin əməkdaşları və digər rəsmi şəxslər, habelə Moskvadakı Azərbaycan diasporunun nümayəndələri böyük ehtiramla və səmimiyyətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev Vnukovo hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.