AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVAYA GƏLMİŞDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Moskvaya gəlmişdir.
Vnukovo-2 hava limanında dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Valeri Loşşinin, Azərbaycan Respublikasının Rusiyadakı səfiri Ramiz Rizayev, səfirliyin əməkdaşları və digər rəsmi şəxslər, habelə Moskvadakı Azərbaycan diasporunun nümayəndələri böyük ehtiramla və səmimiyyətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.