Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul etmişdirVIDEO
Bakı, 7 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul etmişdir.
Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdi.
Görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Rumıniya arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu.